adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Oktyabr 2018 14:41
11857
GÜNDƏM

BİR ƏLİN VERDİYİNİ O BİRİ ƏL…

HəzrətƏli buyurur ki, bir əlin verdiyinio biri əl bilməməlidir. Biz də istinni müsəlman olduğumuza görə, bir əlin verdiyinio biri əl bilmir. Uzaqbaşı, on milyon adam bilir.

Keçmişdəpaltarbiçdi vardı (Qarabağda paltarbiçdideyirlər, başqa yerdə paltarkəsdi də deyirlər, qız toyu da), qadınlar yığışardılarhəmin paltarbiçdiyə, ya hədiyyələr atırdılar, ya da pul verirdilər. Ruslardahər pul verən bir sağlıq deyir, sonra dabağırır: «qorka». (Ağdamda da Fazil müəllim onu tərcümə edəndə deyirdi: «acıdı». Bizdədə o pulu, hədiyyələri yığan deyirdi:

-Filankəs, bir atrez, oğluna, qızına borcolsun.

-Filankəs, bir döşək, iki yastıq, oğluna,qızına borc olsun.

-Filankəs, əlli manat, oğluna, qızına, lapnəvələrinə də borc olsun. Və sair və ilaxır.

İndibizim televiziya kanallarında da paltarbiçdidi. İntəhası, xəstəyə biçirlər. Aparıcı da deyir:

-Filankəs, üç yüz manat, oğluna, qızına borcolsun.

Yənibelə çıxır ki, onunkular da xəstələnəndə bu aparıb verəcək.

Bilmirsənağlayasan-güləsən.