BiR DAHA EŞŞƏK HAQQINDA...

462 | 2007-10-06 04:08
... Biz qəsəbələrə köçəndə mənim yaşadığım qəsəbədə cəmi bir eşşək var idi. Dörd ildə artdı, törədi... İndi olar beş-altı...
   
   ...Kəndimizdə o vaxtlar təbiətin möcüzəsi olan dümağ eşşək var idi. Uşaqlar ona neylon "eşşək" deyirdilər... Qasımın eşşəyin canavar yemişdi, o da əsəbiləşib eşşəyin qoduğunu aparıb, kənddən kənarda, dərədə dəhrə ilə doğramışdı. Soruşanda da deyirdi ki, yetim saxlamaq mənə qalıb...
   
   ...Bir vaxtlar Aqil Abbas Həsənqulunun eşşəyi haqqında çox yazdı. Hətta bəndənizdə "ilhama gəlib bir ideya yapdı" və "Eşşəyin qaçırılması" adda ssenari meydana gəldi. Hərçənd ki, bu ssenarinin 95%-ni Aqil Abbas yazmışdı, di gəl ki, müəlliflərdən biri kimi mən də təqdim olunmuşdum...
   
   ...İndi televiziya kanallarında türk teleserialları at oynadır. Bir dostum o gün deyir ki, televiziyaya baxanda elə bilirsən ki, Haramıda yaşamırsan, sanki ya Karsdasan, ya da Diyarbəkirdə...
   
   ... İngilislərdə danalar qudurur, bizdə eşşəklər. Bilmirəm amerikada demokratların bayrağındı, yoxsa respublikaçıların bayrağındadı gözəl bir eşşək portreti var. Təsəvvür edin ki, partiyanın qərargahında bir centlimen əyləşib kabinetdə, başının üstündə də eşşək şəkili olan bayraq...
   
   ...Bizdə eşşəklərin çox qəribə minilmək formaları var. Ya eşşəyin düz boynunun dalına minirlər, ya belinin ortasına, ya da düz irtməyinin üstünə... Boynunun dalına "kabinka", irtməyinin üstünə "kuzov" deyirlər qəsəbədə... Məsələn filankəs eşşəyin "kabinka"sında getdi, filankəs "kuzov"unda...
   
   ... Çox düşünüb kəşf etdiyim atalar misalıynan söhbəti yekunlaşdırıb keçirəm poyeziyaya. Aqil Abbas deyirdi ki, elə şeylər var ki, gərək onu şerlə deyəsən:
   
   - Qonşu qonşu olsa kor eşşəyi at adına satmaq olar...
   
   
   
   Çul belində tül kimidi,
   
   Körpədi, sütül kmidi.
   
   Qanadsız bülbül kimidi,
   
   Oxranar gülə, ağnayar.
   
   
   
   Yağıb, yer-yurd yaşdı, bilməz,
   
   Torpaqdı, ya daşdı bilməz.
   
   Belindək aşdı, bilməz,
   
   Üstündə şələ, ağnayar.
   
   
   
   Tayın gördü, sığnaq tapdı,
   
   Eşşəkləri yığnaq tapdı.
   
   Ağnamamış ağnaq tapdı,
   
   Belədən-belə ağnayar...
   
   
   
   Biz yeridi, çıxdı qanı,
   
   Damcıladı, axdı qanı.
   
   Arpa yedi, qalxdı qanı,
   
   Yıxılar külə, ağnayar...
   
   
   
   II
   
   
   
   Yeri eşşək, gir damına,
   
   Noxta vurarlar xamına,
   
   

TƏQVİM / ARXİV