adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Mart 2018 15:39
30503
MƏDƏNİYYƏT

Bir avtobusun qəmli hekayəsi

Köhnədən də köhnə, yorğun, hüznlü bir avtobus…Avtobusun içində 9 nəfər var. Hamısı da kişi. Üzlərində ümid, anlaşılmazlıq,kədər qarışıq cizgilər. Həyatları boyu şəhər üzü görməyən, ömürlərinikəndlərində keçirən 9 ailə başçıları.

Başlarında min bir xəyal dumanı.... Qaçaq işçi kimiİsveçə gedirlər.

Bəlkə həyatları dəyişər...

Daha rahat yaşayarlar...

Doya-doya...

Sevə-sevə...

Hüznə yer olmayan sevinc daşıyarlar içlərinə...

Diqqət! Diqqət!

Sizi Türkiyədə qadağan edilmiş "Avtobus” filminəaparıram. Rejissoru Tunç Okan. Rahatca əyləşin, bir azdan yola çıxacağıq...

Başlayaq avtobus sürücüsündən. Sən demə, o, dələduzun,saxtakarın biridir. İnsanları İsveçə işçi adıyla aparır. Ancaq aldadır.

Sürücü kəndlilərin sənədlərini götürüb aradan çıxır,ordan da Almaniyaya qaçır.

Bu miskin, dil bilməz adamlar da avtobusun içində "dustaq”qalırlar. Qorxularından küçəyə çıxa bilmirlər. Artıq qəhrəmanlarımızyadlaşdıqları vəhşi mədəniyyət dünyasında tək qalırlar.

Ac, pulsuz, sənədsiz, yersiz, yurdsuzdular...


Davamlı yeniliyi tərənnüm edən və köhnəlmiş olan hərşeyin qəbul edilmədiyi bir mədəniyyət ortasında boyaları tökülən, metalıçürümüş köhnədən də köhnə bir avtobusun içində həbsdədirlər...

Polis qorxusundan çölə addım da ata bilmirlər.Avtobusun pərdələrini çəkmiş, mürgülü, ürkək gözləriylə gözləməkdədirlər.İsveçin paytaxtı Stokholmdadırlar. Küçələrdə, prospektlərdə gəzişən şəhərsakinləri ara-bir avtobusa göz ucu baxırlar. Ancaq heç kimə avtobus vəiçindəkilər maraqlı deyil.

Gecədir. İçəridəkilərin tualet ehtiyacı var, havaalmaq istəyirlər, üstəlik də çox acdılar. Nəhayət həbs olduqları avtobusdanürkək-ürkək çıxırlar. Bir-bir tualetə gedirlər. Qarşılaşdıqları böyük binalar,seks shoplar, supermarketlər, heykəllər, küçədə sevişən cütlük onlarınheyrətinə səbəb olar. Elə bil tamamilə başqa planetə düşmüş kimi hiss edirlər.Bütün ümidləri çarəsizliyə, bir tikə çörəyə çevrilib.

Digər gecələr də belə keçir...

Hava almaq, zibil qutularından artıq yemək tapmaq...

Qəfil həyatlarına üzlü qonaq tək dürtülən ardı-arasıkəsilməyən mənzərələr...

Bir gecə avtobus sakinlərindən biri polis qorxusundanşəhərdə yolunu itirir. Dil bilməyən, yol, iz tanımayan, sənədsiz, bir qəpiksizhalda küçələrdə itirdiyi yol yoldaşının adını gecəyə "Mehmetttt, Mehmettt” deyəson dərəcə ürək dağlayan bir şəkildə hayqıran bu qəhrəmanımızın səhər soyuqdandonmuş formada bir körpünün üstündə dayandığını, ardınca da suya düşdüyünügörürük. Filmin bu yerində Avropa xalqının donmuş bir insana göstərdiyilaqeydlik diqqətdən kənar qalmır.

İkinci qurban isə Tunç Okanın özünün canlandırdığıMehmet obrazıdır. Ac halda tualetdə suyla qarnını tox tutmağa çalışarkən bir isveçliyəqoşulub onun arxasınca gedir. Bu adam da homoseksual çıxır. Mehmeti bir baraaparır. Rejissor burda dəhşətli bir detalı bizə göstərir. Homoseksual Mehmetinsaçlarıyla mazaqlaşarkən, Mehmet stolun üstünə düzülmüş yeməklərdən havalanır,ayaqlanıb hamısını gözünə təpir. Bu an bardakılar Mehmetə "barbar” deyib küçəyəatırlar, ölənə qədər də döyürlər. Digər avtobus sakinləri də həmin gecə şəhərinsanları tərəfindən əməlli-başlı ürkürlər...

Və yenə səhər... Doqquz adamdan fiziki mənada yeddiadam qalmışdır. Eyni köhnə, hüznlü avtobusun içində. Polis nəhayət ki, avtobusutapır. İçəridəkiləri deport etdirirlər.


Son səhnədə avtobusu xurd-xəşil hala gətiribçıxarırlar...

O köhnəlmiş, çürümüş avtobusun mədəniyyətə məğlub olduğunu görürük. Avtobusavurulan hər zərbə qəhrəmanlarımızın ümidlərini, xəyallarını da param-parça edir.

Türkiyədə köçə baxacaq olarsaq... 1961-ci ildə Türkiyə və Almaniya arasındaimzalanan Türk Alman İşçi Mübadiləsi Anlaşması ilə Qərbi Avropaya köçbaşlamışdır. İkinci Dünya Müharibəsi sonrasında Qərbi Avropa ölkələrində baştutan iqtisadi inkişafların tələb etdiyi iş gücü boşluğu və imzalanan buanlaşma sonrasında bir çox vətəndaş iş tapıb pul qazanmaq ümidiylə QərbiAlmaniya, Fransa, İsveç, Avstriya, Belçika kimi ölkələrə immiqrant etmişlər.

İşsizlik, maddi çöküntü filmdə də öz əksini tapmışdır.Türk xalqının düşdüyü acınacaqlı vəziyyət ürək ağrısı ilə tamaşaçılara təqdimedilir.


Film Qərblə Şərqi müqayisə edir. Böyük köçləri, bəşəri mövzunu təhlil etməyəçalışır. Mədəniyyəti, Avropa insanını sorğulayır. İnsanın çarəsizliyiniekranlara daşıyır. Onun düşdüyü ən ağır, ən çətin situasiyanı araşdırır. Şəxsənmən bu filmi izlədikdən sonra uzun müddət özümə gələ bilmədim.