adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 May 2019 12:27
37375
ƏDƏBİYYAT

Bioqrafik faciəvi eşq ayini - Anar Burcəliyev yazır

Bu günlərdə Gəncə Dövlət DramTeatrının səhnəsində Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün"Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılan yeni pyesiictimaiyyətə təqdim olunub. Pyes XII əsrdə yaşayıb yaradan, mənşəcə Azərbaycantürklərindən sayılan şairə, sufi Əxi təriqətinin üzvü kimi tanınan Məhsəti Gəncəvininhəyat və fəaliyyətinə həsr olunub.

Pyesdə cərəyan edən hadisələr XII əsrdə Gəncədə sufi Əxi təriqətininyaranması və təbliği ilə bağlı hadisələr fonunda baş verir. Həmçinin müəllif tərəfindənbu dövrdə Məhsəti Gəncəvinin şəhər xurafatçıları tərəfindən bir çox təziqlərə məruzqalması, Gəncə Xətibinin ona qarşı amansız davranışı, Xətibin oğlu ilə olan eşqmacərası pyesdə ön plana çəkilir.

Məlumdur ki, XI əsrin sonları XII əsrin əvvəllərində yaşayan böyük Azərbaycanşairəsi kimi tanınan Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaqnümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarınıtərənnüm edən yeni şəhər peziyasının təmsilçisi kimi yaddaşlarda yaşayır. Qeydetmək lazımdır ki, o, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, görkəmliqadın musiqiçimiz olmaqla yanaşı tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinəbürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa həmin dövrün müsəlman cəmiyyətininanlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənib. Rəvayətlərə əsasən o, GəncəninXərabat məhəlləsində yaşayıb, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərindəkeçirib. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunub. Şairənin əsərləriiçərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə,qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məhşurdur.MəhsətiGəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulub və ömrünün sonuna qədərburada yaşayıb. Onun əsl adı Mənicə olub. Məhsəti adını isə özünə ədəbi təxəllüskimi götürüb. Tarixi araşdırmalar göstərir ki, həmin təxəllüsün mənşəyi barədəbir neçə rəvayətlər məlumdur. Bütün bu sadalananlar isə pyesin müəllifi olan şairə-dramaturqXəzangül tərəfindən çox dəqiqliklə təsvir edilib. Müəllif ilk öncə bu pyesi qələməalarkən Məhsəti Gəncəvinin yaşadığı dövrü dəqiqliklə araşdıraraq öyrənməyə müvəffəqolaraq, tarixi bir üslubda maraqlı bir pyesin sujet xəttini qələmə ala bilib.


Pərdə açılarkən ilk hadisələrdən bəlli olur ki, bir ilahiyyataliminin qızı dünyaya gələrkən uşağın taleyinə baxan münəccimlər onun böyük gələcəyindən,xalqın rəğbət və məhəbbətini qazanacağından xəbər veriblər. Həmçinin məlum olubki, qızın taleyi nə zamansa xərabatla yəni içki içilən yer, meyxanalarla bağlıolacaq. Buna görə də Ənvər ata qızını tərbiyə olunmaq üçün dini məktəbə verib.On səkkiz yaşına qədər burada oxuyan qız Quranı tam olaraq mənimsəyib və artıqimtahan verməyə hazırdır. Xalq artisti Məmmədəli Balayevin ifasında Ənvər ataobrazı dövrünün ziyalısı həmçinin böyük elm sahibi və ağsaqqalı kimi təqdimolunur. Aktyorun ifasında eləcə də qızının böyük çətinliklər hesabına xərabətdəsufi Əxi təriqətinin təbliği və geniş formada yayılması istiqamətində görəcəyiişlərin ağırlığı göstərilir.Məmmədəli Balayev bu obrazın mahiyyət etibarı ilətamaşaçıya çatdırılması üçün bir səhnə ustası olaraq rejissor traktofkasınauyğun olaraq uğurla ifasına nail ola bilib.

Tamaşada Məhsəti Gəncəvi obrazı gənc aktrisa Günay Cabbarovaya həvaləolunub. Əslindəaktrisanı mən Gəncə Dövlət Dram Teatrının səhnəsində bir neçəuğurlu obrazları ilə tanımışam. Xatırladım ki, gənc aktrisa Gəncə Dövlət DramTeatrının "İkinci nəfəs” Teatr studiyasının yetirməsidir. Aktrisa səhnədə ifasıilə Məhsəti Gəncəvi obrazını təmkinli, qəbul etdiyi qərarların düşünülən birformada dərki və obrazın mahiyyət etibarı ilə dəqiq ştrixlərlə təqdimolunmasına müəffəq ola bilib.Mənicə yəni Məhsəti yaxşı təhsil alaraq müqəddəsQuranı kamil bir formada mənimsəyib. Pyesdə cərəyan edən hadisələrdən məlumolur ki, artıq iyirmi yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi vəpoetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbətqazanıb. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar,həm də tacirlər Gəncəyə gəlirlər. Bu minvalla Gəncə şahı adlandırılan şəhərhakimi də(aktyor Samir Abbasov)Məhsətinin səsinin vurğunu olub. Məhz buna görədə onu tez-tez saraya dəvət edir. Növbəti ziyafətlərin birində şah sabahkıgörüşün şərtlərini söyləməklə ona xəbər göndərir. Gecikən cərimə olaraq şərabiçməlidir. İş elə gətirir ki, Məhsəti bu dəvətə gecikir. O, şərtə tabe olur vəsonda cəsarətli addımı üçün Gəncə Xətibinin təziqi ilə üzləşir. Bütün busadalananlar gənc aktrisa Günay Cabbarovanın ifasında daha dəqiq və dolğun birformada təqdim olunur.

Tamaşada maraqla izlənilən obrazlardan biri də gənc aktyor RuslanHüseynovun ifasında Əmir Əhməd obrazıdır. Gəncə Xətibinin oğlu olan Əmir Əhmədməhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır.O, burada Məhsəti ilə tanış olur. Gənclər ilk görüşdən bir-birinə aşiq olur vərübailərlə şerləşirlər. Müəllif ideyasına həmçinin rejissor traktofkasına uyğunolaraq gənc aktyor Ruslan Hüseynov səhnədəçox sərbəst və ideya baxımından obrazın tam bir formada təqdiminə çalışaraq,tamaşa boyu maraqla izlənilir. Aktyorun ifasında Əmir Əhməd özünü olduqcabacarıqlı və istedadlı bir gənc kimi göstərməklə kamil bir şəxsiyyət olaraq təqdimolunur.

Oğlunun Xərabətə getdiyini və orada Məhsəti ilə tanışlığından xəbərtutan Gəncə Xətibi bundan çox qəzəblənir. Hətta qəzəbini söndürmək üçün onuzindana saldıraraq şallaqla cəzalandırır. Buna baxmayaraq oğlu Əmir Əhməddediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin yanına gedəcəyini bildirir.ƏmirƏhmədi zindandan xilas etmək üçün Məhsəti buraya gəlir. Bu zaman isə Gəncə XətibiMəhsətinin Gəncəni tərk etməsini tələb edir. Məhsəti Əmir Əhmədin azad olunmasıüçün bu təklifi qəbul edir. Aktyor Mətləb Təhmazinin ifasında Gəncə Xətibiobrazı qəddar və əzazil eləcə də Xərabətin qatı düşməni olaraq təqdim olunur.

Müəllif Xəzangül qələmə aldığı "Xərabət gözəli” pyesində cərəyan edənhadisələri daha dolğun və maraqlı ştrixlərlə göstərməyə müvəffəq ola bilib. Beləki, Məhsəti Gəncə Xətibinin tələbi ilə Məşhəd şəhərininBələx məntəqəsinə gedir.Onun gəlişi şərəfinə Bələxin və bütün Xorasanın şairləri buraya yığışır. Şeryarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir.Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanıncavabını gözəl bir şerlə cavablandırır. Bu zaman məlum olur ki, bu şəxs ƏmirƏhməddir. Əmir Əhməd atası Gəncə Xətibinin çox ağır xəstə olması xəbərini Məhsətiyəbildirməklə onun təkidlə Gəncəyə qayıtmasını istəyir. Məhsəti bu təklifi qəbuledərək Əmir Əhmədlə yenidən Gəncəyə qayıdır. Gəncə Xətibi onlara xeyir-duaverir və dünyasını dəyişir. Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur.Bir müddət sonra o, özü də vəfat edir. Onun vəfatı xəbəri Məhsətiyə çox ağır təsiredir və bu itgi ilə barışa bilmir. Bütün bu sadalananlar tamaşa boyu Məhsəti Gəncəvininhəyat tərzinin formalaşması və yaşam tərzindən xəbər verməklə maraqla izlənilir.Müəllif Xəzangül bu sadalanan faktlara böyük ustalıqla yanaşaraq bir daha MəhsətiGəncəvinin həyatını tam olaraq tamaşaçılara təqdim etməyə müvəffəq ola bilir.

Müəllif tərəfindən təqdim olunan pyes olduqca əyləndirici bir dilləyazılıb desəm səhv etmərəm. Düzdür, onun dildən-dilə keçən hər bir hekayəti səhnədəmaraqla baxılır. Ancaq burada deyilənlərin hamısı inandırıcı da deyil. Hadisələrcərəyan etdikcə tamaşaçı sanki nəyinsə axıracan deyilmədiyini hiss edir. Beləbir təəssürat da yaranır ki, müəllifXəzangül bir sıra tərcümeyi-hal faktlarınıbilərəkdən gizlədir, bunun əvəzində isə yalnız həmin dövrdə yaşayanlarınanlayacağı işarələrlə danışır.Bu da müəllifin məhz Məhsəti Gəncəvinin yaşadığıdövrü və zamanı tam dəqiqliyi ilə araşdırmasından və öyrənməsindən irəli gəldiyiməntiqini təsdiq edir.

Gəncə şahı və Cahan pəhləvan obrazlarında aktyor Samir Abbasovun,Nizami Gəncəvi obrazında aktyor Rəşad Hüseynovun, Əbül Üla Gəncəvi obrazındaaktyor Emil Salmanovun, Raziyə Gəncəvi obrazında aktrisa Sevinc Hüseynovanın, SətiGəncəvi obrazında Könül Kazımovanın və Alim obrazında aktyor Vasif İsmayılovunda ifalarısəhnədə maraqla izlənilir.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Rejissortraktofkasına görə tamaşanın əsas qayəsi olaraq Sufilərin dünyagörüşünün insanhəyatının ali məqsədi olaraq Allaha məhəbbət olması əsas götürülməklə önə çəkilir.Buideyaya görə Allaha mistik məhəbbət vasitəsilə müəyyən vəziyyətdə-ekstazda (yənihal) ona qovuşmaq, sonra isə onda ərimək də mümkündür. Bu hala çatmaq isə yalnızmütəmadi məşğələlər keçən, sufi şerlərini ritmik musiqi altında dinləyən bəzənrəqslərlə də müşaiyət olunan bu mərasimi "səma” rəqsi kimi adlandıraraq təriqətnümayəndəsinə nəsib ola bilməsidir. Tamaşa boyu müəllif ideyasına görə rejissortraktofkasında sırf sufi şerlərində Allahın dərkinə göstərilən əhdlər məhəbbətləeyniləşdirilir, Allahın özü dost, yar adlandırılır. Sufi ya aşiqə, yaxud rindəyəni əyyaşa bənzədilir. Həmin terminologiyaya görə, sufinin ekstaz vəziyyətimeylə sərməst olmaq, təriqət nümayəndələrinin cəmləşdikləri yersə xarabət,meyxanə adlandırılır. Sufilərin əksəriyyəti məscid əvəzinə öz toplantılarınagedir, hədislər oxumağı xərabatda şerlər dinləmək, şərqilər söyləmək və rəqsetməklə əvəzləyirlər. Bütün bu sadalananlar tamaşa boyu quruluşçu rejissorElşad Əhmədov tərəfindən səhnə traktofkasında tam olaraq açılır və tamaşaçıyabu haqda daha dolğun məlumat verilir.Quruluşçu rejissor Elşad Əhmədovun səhnətraktofkası həm də tamaşaçının anlayacağı dərəcədə dəqiq və sadədir. O, fikir vədüşüncələrini aktyor ifası ilə həmahəng tərzdə qurmaqla maraqla izlənilməsinənail ola bilir.

Tamaşanın quruluşçu rəssamı, teatrın baş rəssamı Vahab Cəfərovdur. Rəssammaraqlı bir ideyanı tamaşa boyu öz tərtibatında təqdim edə bilib. Belə ki,yeddi qapının səhnədə təqdimi müqəddəs Quranın səmanın yeddi qatından nazilolması və göylə-yerin yeddi səddən ibarət olmasına dəlalət edərək ağ rəngdə təqdimolunur. Bu da müəllif ideyasının və rejissor traktofkasının tam olaraq açılmasınaxidmət edir. Hətta Gəncədə baş verən zəlzələdən sonra bu yeddi qapının Gəncəziyalıları tərəfindən yenidən ucaldılaraq qaldırılması yerlə göy arasında səmavibir qüdrətin, varlığın mövcudluğunu göstərir. Rəssam Vahab Cəfərov səhnə tərtibatındasadə predmet vasitələrinin təqdimi ilə ideyanın bədii cəhətdən açılmasına nailola bilib.

Tamaşanın musiqi tərtibatı isə Ziyad Abbasova aiddir. Musiqi tərtibatıisə hadisələrin cərəyanında maraqla dinlənilir. Səssiz və sakit tempdə təqdimolunan musiqi parçaları öz seçimində uğurlu səhnəquruluşuna zəmin yarada bilir.

Nəticə etibarı ilə Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturqXəzangülün "Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılanyeni pyesi məhz Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri vəöz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri ilə Azərbaycan və ümumənŞərq poeziyası tarixində mühüm rol oynadığının təsdiqini göstərir. Yeni təqdimolunan bu tamaşa Gəncə Dövlət Dram Teatrının repertuar zənginliyinin qorunubsaxlanılması baxımından təqdirə layiqdir və Məhsəti Gəncəvinin 930 illikyubileyi ərəfəsində şairənin xatirəsinə böyük ehtiramın tərənnümüdür.

Anar Burcəliyev

Teatrşünas