adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Sentyabr 2019 09:02
25020
KRİMİNAL

Binəqədidə yeznəsinin bıçaqladığı qadın öldü - YENİLƏNİB

Bir gün əvvəl yeznəsi tərəfindən bıçaqlanan Roza Abdul qızı Mahmudovasentyabrın 3-də səhər saatlarında dünyasını dəyişib. Xatırladaq ki, R.Abdulova aldığı xəsarətlər nəticəsində çoxlu qan itirmişdi.
Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

***
2 sentyabr 23:41

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi şossesi döngə 4 ünvanında 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızını bıçaqlayıb.

R.Mahmudova 14 bıçaq xəsarəti alıb. S.Quliyev daha sonra baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına 5bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçünvəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıblar.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)