adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Fevral 2020 16:37
12726
HADİSƏ

Binəqədidə mebel sexi yanıb

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 1000 kv.m olan mebel sexinin ərazisində tutumu 5 ton olan dəmir konstruksiyadan ibarət bunkerin içərisinə yığılan taxta yonqarı yanıb.

Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.