adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2020 10:02
48642
KRİMİNAL

Binəqədi polisi əməliyyat keçirdi, heroin alveri ilə məşğul olan dəstə zərərsizləşdirildi

Bakıda heroin alveri ilə məşğul olan dəstə yaxalanıb.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıb. Üzərinə baxış zamanı A. Orucovdan 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.

Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 1983-cü il təvəllüdlü Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.