adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Avqust 2018 15:45
6038
HADİSƏ

Binədə qətl hadisəsi baş verib

Binədə qətl hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 16-da Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Qəhrəmanov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Orucəli Xanzadəni bıçaqla qətlə yetirib.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanov saxlanılıb.