Binədə evin qapısını sındırıb pul və qızıl apardılar
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:46
Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:136 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO
26 Aprel 2024 15:57