Binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək - RƏSMİ

Bakıda binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək.
Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq bu konteynerlərin quraşdırılması prosesinə başlayıb. Bu konteynerlər yalnız yaxınlığında zibil qabı olmayan binaların ətrafında qoyulacaq. Bununla əlaqədar artıq 1000 konteyner ayrılıb və bunlar yalnız iki gün üçün nəzərdə tutulub”.
E.Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin reimi dövründə insalar çörəyi aşırı dərəcədə alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar: "Atılmış çörəkləri görəndə belə təəssürat yaranmışdı ki, insanlar sanki çörəyi iki günlük deyil, bir həftəlik alıblar”.
Digər Xəbərlər

Bu gün Bakının 551 küçəsi yuyulub

Sabahın hava proqnozu AÇIQLANDI

Çaylarda sululuq ARTDI

Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək

Azərbaycanda istilik təchizatı sahəsinin özəlləşdirilməsi təklif olunur

"Dilənçilik edən uşaq valideynin əlindən alınmalıdır" - Deputat

Daşınmaz abidələrin pasportlaşdırılması üçün vahid qaydalar yaradılır
