"60 faizdən çox gəlir vəd edilirsə, qulaq asmadan qaçın" - İqtisadçı
"Son dövrlər çox insan gəlir qazanmaq istəyərkən əslində illərlə yığdığı pulları itirir. Tiktok, Teleqram və digər sosial şəbəkələrdə bir çox fırıldaq sxemləri "investisiya" adı ilə insanların cibinə girir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, sizə illik 5 faizədək gəlir vəd edirlərsə, bu ənənəvi depozit, istiqraz kimi alətlərdir:
"Gəlir azdır, amma pul təhlükədə deyil. 6-12 faiz aralığında vədlər varsa, bu artıq real xidmət və ya kirayə gəliri ola bilər. Araşdırılsa, sənədlərlə təsdiqlənsə, mümkündür. Əgər 13-25 faiz arası gəlir vəd edilirsə, burada artıq suallar yaranmalıdır. Yalnız konkret fiziki iş varsa, istehsal, emal və s. mümkündür. Amma sizə izah etmirlər ki, bu qazanc haradan gəlir, onda düşünün. 26-40 faiz arasında gəlir təklifi eşidirsinizsə, diqqət ən yüksək olmalıdır. Real görünə bilər, amma bu artıq sərhəd zonasıdır. Əgər konkret məhsul, ticarət, satış strukturu göstərilmirsə, ehtiyatlı olun.
Və nəhayət, əgər sizə illik 40 faizdən yuxarı gəlir vəd edilirsə, bilin ki, bu fırıldaq ehtimalı ilə doludur. Bu gəlirlər yalnız saxta piramida sistemlərində, ya da çox böyük risklərlə mümkündür. Xüsusilə, 60 faizdən yuxarı vəd edilirsə, izaha belə qulaq asmadan qaçın", - deyə iqtisadçı bildirib.
Digər Xəbərlər
24 Iyun 2026 19:22
Qızıl kəskin ucuzlaşdı
24 Iyun 2026 11:03
AMB uçot dərəcəsini sabit saxladı
24 Iyun 2026 09:51
Türkmənistandan hansı məhsulları alırıq və qardaş dövlətə nə satırıq?
23 Iyun 2026 18:51
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
23 Iyun 2026 11:21
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - Şahmar Mövsümov
23 Iyun 2026 11:06
Onlar 50% miqdarında ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər
22 Iyun 2026 12:31
Bir qəpiyə satılan yumurtalar SAXTA olub? - RƏSMİ AÇIQLAMA
22 Iyun 2026 11:57


Bakı -°C

