Bina tikintisi ilə bağlı daha bir tələb qoyulur
Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq:
• “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);
• yardımçı və müvəqqəti tikililər;
• istixanalar və anbar binaları;
• istehsalat binaları;
• fərdi yaşayış evləri;
• Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.
Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.
Digər Xəbərlər
06 Dekabr 2025 10:57
Neftimiz 67 dollara çatır
06 Dekabr 2025 10:54
Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
06 Dekabr 2025 10:03
Suqovuşanda 65 min manata ticarət mərkəzi tikiləcək
05 Dekabr 2025 18:00
“Gömrük–biznes” inkişaf modeli yaradılacaq
05 Dekabr 2025 10:52
Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
05 Dekabr 2025 10:26
172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42


Bakı -°C

