adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Avqust 2014 16:07
26685
MƏMLƏKƏT

Bilik Fondu iyirmi məktəbi qardaşlaşdıracaq

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu"Qardaşlaşmış məktəblər” layihəsinə başlayır.

Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin gəncnəslin hərtərəfli inkişafına və dünya görüşünün zənginləşməsinə xüsusi diqqətayırması bir çox layihələrin gerçəkləşdirilməsinə təkan verir. Bu layihələrdənbiri də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrınəvvəllərindən "İlboyu bilik” şüarı ilə start götürəcək "Qardaşlaşmış məktəblər”layihəsidir. Layihə ilk mərhələdə 15 sentyabr - "Bilik günü”nə qədərAzərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcəkdir. Qloballaşan,informasiyanın, biliyin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi dünyada gəncnəslin müasir standartlara uyğun biliklərə, bacarıqlara və dünyagörüşünəyiyələnməsi, şəxsiyyət kimi formalaşması, azərbaycançılıq məfkurəsi vəvətənpərvərlik ruhunda tərbiyə olunması, fərqli milli-mənəvi və dini dəyərlərəhörmətlə yanaşması, sağlam həyat tərzi keçirməsi, ətraf mühitin mühafizəsinəhazır olması, Azərbaycan tarixi və mədəniyyətini bilməsi dövlətimizin qarşıya qoyduğumühüm məsələlərdəndir. Azərbaycan prezidenti cənab İlham Əliyevin bu tapşırığı Bilik Fondu tərəfindən bir sıra layihələrin, o cümlədən geniş şagird kütləsiniəhatə edə biləcək, məktəblilərin fəal və yaradıcı şəxs kimi inkişafını nəzərdətutan "Qardaşlaşmış məktəblər” layihəsinin icrasını labüd edir.

Layihənin əsas məqsədi respublikanın ortaümumtəhsil məktəblərində təhsil alan ye­niyetmə və gənclərin biliyə marağınınartırılması, Azərbaycan tarixinin və mə­­dəniyyətinin, eləcə də vətənpərvərlikruhunun təbliğidir. Layihənin vəzifələri isə aşağı­da­kı­lar­­dan ibarətdir: müxtəlif bölgələrdən olan məktəblilərarasında "bilik körpüsü”nün yara­dıl­ma­sı, onların bir-birinəyaxınlaşdırılması, şagirdlərin intel­lek­tual səviyyəsinin yüksəldilməsi vədünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənc­lərin aşkarlanması, həmçininfəallarla yanaşı, passiv şagirdlərin də layihəyəcəlb olunması.

Layihənin rəhbəri Bilik Fondunun baş məsləhətçisi,sosiologiya elmləri doktoru, professor Rəfail Həsənovun sözlərinə görə, layihədəngələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta ümumtəhsil məktəbşagirdlərinin faydalanması nəzərdə tutulur. Respublikanın 10 rayonunda yerləşən10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq,onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdəeyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığınəsasını qoyacaq "Qardaşlaşma haqqında Saziş” imzalanacaq. Sənədə əsasən, qardaşlaşmışməktəblərin birgə konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər, muzey vətarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənətxadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Professor Rəfail Həsənov: "Layihə çərçivəsində məktəblilərinmədəni-tarixi yerlərə ekskursiyası təşkil olunacaqdır, məsələn, Qubaya qonaqgələn məktəblilər soyqırımı memorial kompleksini ziyarət edəcəklər. "Qardaşlaşmışməktəblər” layihəsi, xüsusilə, etnik müxtəlifliyi ilə seçilən regionlardaşagirdlər arasında bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülükaşılayacaq, azərbaycançılıq məfkurəsinin dərin kök salmasına xidmət edəcəkdir.Şagirdlərin cəbhə bölgələrinə yaxın rayonlarda yerli əhali və ya mümkün olduqdaəsgərlərimizlə görüşü isə onlarda vətənpərvərlik hisslərinin formalaşmasına təkanverəcəkdir. Onu da qeyd edim ki, layihə təkcə məktəbliləri əhatə etmir, eynizamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulur”.

"Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 15-də"Bilik günü” münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək "İlkdərs”lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlıalim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısındadövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.

Tədris ilinin ikinci yarısında layihənin davamıolaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur. Növbəti tədris ilindəBilik Fondu "Qardaşlaşmış məktəblər” layihəsini digər regionlarda da davametdirəcəkdir.


Xatırladaq ki, Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" adlı ilk layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.Layihənin rəhbəri Hacı Abdullayev və icraçıları Bərdə İmamzadəsində olub, abidənin foto və video çəkilişlərini həyata keçirib, din və ictimaiyyət xadimləri ilə görüşərək, ilkin araşdırmalar aparıblar.

AzərbaycanRespublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya Təminatı sektoru