Biləsuvarda evdən 10 minlik qızıl oğurlanıb
Aprelin 21-də RPŞ-nin Səmədabad Polis Bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub.
Din Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib.
O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15