adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Avqust 2019 16:16
15216
MƏMLƏKƏT

Biganəlikdən quruyan qəhrəman bulağı

Yay özünü göstərməyə başlayıb. Artıq bir neçəgündür ki, gözlədiyimiz istilər can yandırır. Bu isti havalarda ən çox istifadəetdiyimiz sərinləşdiricilərdən biri və əsasısudur. Ümumiyyətlə belə istilərdə hər kəsə məsləhət görülür ki, gün ərzində 2litrdən az olmayaraq maye qəbul etsinlər. Bu gün dükanlarda satılan sularınqiymətlərinə baxsaq və bu qiymətləri də ayın 30 gününə vursaq belə məlum olarki, ailə büdcəmizin bir xeyli manatını suya verməliyik. Evdə bu xərci azaltmaqolur. Şəhərimizin bir yerinə gəzməyə çıxdınsa və yaxud yolda susuzluq səni birdükana saldısa xərcdən qaçmaq mümkündeyil. Özü də suyu neftindən baha olan məmləkətdə. 

İnsafən demək lazımdır ki, paytaxtın elə gəzməliyerləri var ki, ora su çəkilib, bulaqlaryaradılıb və insanlara pulsuz su içmək imkanı verilib. Lakin elə yerlərimizdəvar ki, oralar bu savablıqla təmin olunmayıb. Elə yerlərdə var ki, bulaq varamma suyu yoxdu. Yəni bulağin yan yörəsinəəməlli başlı maya qoyulsadabulaqdan su gəlmir. Belə bulaqülardan biri Yasamal rayonunda yerləşir. Yasamalrayonu Hüseyn Cavid küçəsi 16-da yqrləşən Rasim bulağıdır. Ölkəmizin Milli Qəhrəmanıİbrahimov Rasim Səxavət oğlunun adına inşa edilmiş bu bulaqda su yoxdur. Kimsəbulağın suyunu qurudub. Və kiminsə dəmarağı yoxdur ki, bu bulağın suyunu bərpa eləsin. Əlimizdən başqa nə gəlirki?Bunu kimin adı ilə bağlayasan bilmirsən. Fikrimcə bu su mafiyasının işidir.Şübhələndiyim yalnız onlardır. Qurudurlar ki, rəngli, qazlı sularını millətəsırısınlar.

Bu yerdə bir haşiyəyə çıxım. Paytaxtın sulu təpəadlanan yerində, yol kənarlarında şollar suyu axan bir neçə bulaq var idi.Yolla gedən də görürdün ki, camaat maşınını saxlayıb burdan qablarına sudoldurub daşıyırlar. Daşıyırlar ki, evlərində arada normal da su içə bilsinlər.Axı "krant”larımızdan gələn su içməli deyil. Sonra hansısa qüvvə bu bulaqlarıbağladı. Bunu ancaq su mafiyası edə bilər. Başqasının suyla nə işi?

Haşiyədən qayıdım qəhrəman bulağına. Hazırda bulağa demək olar ki, bitişik kənd təsərrüfatınazirliyinin "kənddən şəhərə” adlı yarmarkası fəaliyyət göstərir. Bizə müxtəlifçeşidli kənd təsərrüfatı mallarını təqdim edən bu yarmarkada qiymətlər elə digərbütün dükanlardakı qiymətlərlə demək olar eynidir. Bu səbəbdən də yarmarkada alıcı elə də gözə dəymir.Sözsüz ki kənd təsərrüfatı nazirliyininməsul əməkdaşları bu yarmarkanı burdaaçanda suyu qurumuş bulağı görüblər Bu boyda üstü məqbərəli bulağı görməməkmümkün deyil. Bunu həm onlar, həm də Yasamal rayon icra hakimiyyətinin məmurlarısözsüz ki görüblər.

Bütün bu məmurlardan kimsə o bulağın suyunu azacıqvaxt ayırıb, əziyyət çəkib, can yandırıb bərpa etsəydilər inanın ki, cammatınduası o yarmarkaya edilən duadan heç də az olmazdı( Əgər yarmarkaya dua edirlərsə.).Onlar belə bir savab işi görsəydilər elə bulağın bu biri tərəfində yerləşən"Space”-də həm məmurları, o cümlədən, həmdə suyu axan bulağı çəkib tərif edərdi. Camaatımızda bulağın sərin suyundaniçib canınıza dua oxuyardı. Milli qəhrəmanın da ruhu şad olardı.

Vallah çətin deyil. Bəlkə bir səy göstərəsiniz?


NicatNovruzoğlu