Tranzit dəhlizləri Azərbaycan və İranın mənafeyini təmin edəcək - Sadeq
Tranzit dəhlizləri, kommunikasiya əlaqələri Azərbaycan və İranın iqtisadi mənafeyini təmin edəcək və regionda sülhü təmin edəcək.
Adalet.az xəbər evrir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.
Onun sözlərinə görə, ötən iki ildə ikitərəfli ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib.
Nazir bildirib ki, İran və Azərbaycanın əsasını təşkil etməsi ilə ikitərəfli və çoxtərəfli razılaşmalar ciddi şəkildə izlənilir.
"Tranzit və yükdaşıma iki ölkənin ən önəmli strateji əlaqələrinin sahələrindən biridir. Ötən il 120 mindən çox İran yük maşını Azərbaycana və 50 mindən çox Azərbaycan yük maşını İrana keçib. Bu statistika iki ölkə arasında yükdaşımanın böyük əhəmiyyət kəsb etdiyini göstərir", - deyə o qeyd edib.
İranlı nazirin sözlərinə görə, iki ölkə arasında 2030-ci ilə qədər yükdaşımaların bir neçə dəfə artırılması məqsədilə sərhəd ərazilərdə infrastrukturların yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər görülür:
"İran ərazisində Culfa-Kəlalə avtomobil yolunun təmir olunması və tunellərin tikilməsi ilə genişləndirilməsi həyata keçirilir".
Digər Xəbərlər
24 Fevral 2026 09:56
Neftimiz bahalaşdı
24 Fevral 2026 09:11
Qızılın qiyməti kəskin artıb
23 Fevral 2026 20:14
Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdı
23 Fevral 2026 19:49
Azərbaycan və Almaniya arasında ticarət əməliyyatlarının həcmi açıqlandı
23 Fevral 2026 17:31
Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçiriləcək
23 Fevral 2026 14:31
Qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək
23 Fevral 2026 14:29
Bu əşyaların idxalı ƏDV-dən azad edildi - FƏRMAN
23 Fevral 2026 12:54


Bakı -°C

