adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Fevral 2024 14:27
7370
MEDİA

BƏZİ SAYTLAR OXUCULARI BEZDİRİB

Reytinq xətrinə nə gəldi qoyurlar başlığa: «Vəzifəli şəxsin qardaşı  oğlu tutuldu»; «Vəzifəli şəxsin bacısı oğlu göldə boğuldu»;

«Məşhur müğənniyə ağır itgi»; «Tanınmış polkovnik-leytenant vəfat etdi» və sair və ilaxır. Açıb oxuyursan məlum olur ki, «vəzifəli şəxs» deyilən adam hansısa bir rayonun hansısa bir kəndinin hansısa kənd icra nümayəndəsinin müavinidir.

Tanınmış polkovnik-leytenant da təqaüddədir, onu da qohum-əqrəbasından və iş yoldaşlarından  başqa tanıyan yoxdur.

 Məşhur müğənninin də  öləni nə bilim  xalası qızının nəyiymiş. 

Bütün bunların oxucuya nə dəxli var?