“Bəzi qruplar xırda təriqətləri yaymağa cəhd edir”
"Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd edir”.
apa-nın şimal bürosunun verdiyi məlumata görə, bunu Qubada səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bu cür cəhdlərin qarşısının qətiyyətlə alındığını bildirib. Onun sözlərinə görə, belə təriqətlərin ölkəmizdə yer tapması, özünü təsdiq etməsi mümkün deyil.
DQİDK sədri Azərbaycandakı ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini bildirib.
O, ölkədə dini icmalar arasında qarşıdurma ehtimalının belə olmadığını deyib. M. Qurbanlı Azərbaycanda dini icmalar arasında normal münasibətlər olduğunu vurğulayıb.
Digər Xəbərlər
30 Aprel 2024 18:36
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Aprel 2024 16:18Şuşaya qayıdış başlanır
30 Aprel 2024 16:18Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"
30 Aprel 2024 14:12İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ
30 Aprel 2024 13:43