"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub".
Adalet.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda bu gün keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş onlayn formatda keçirilən geniş kollegiya iclasında deyib.
Belə ki, iclasda Baş prokuror 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilməsini xatırladaraq media nümayəndələrini təbrik edib və onlara səmərəli əməkdaşlığa görə təşəkkür edir:
“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb.
Səmərəli və sağlam qarşılıqlı əməkdaşlıq sayəsində əldə olunan nəticələrə və cinayətkarlığa qarşı mübarizədə prokuroruq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edir, 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbriklərimizi çatdırır, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”- dəyə Baş prokuror qeyd edib.
Digər Xəbərlər
26 Iyul 2026 09:00
“Qafqazın xirosiması"ndan dirçəlişə - VİDEO
25 Iyul 2026 17:36
Məhərrəmlik nə vaxt bitir?
25 Iyul 2026 17:00
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
25 Iyul 2026 13:05
Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO
25 Iyul 2026 10:50
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
25 Iyul 2026 10:30
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
25 Iyul 2026 10:00
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO
25 Iyul 2026 09:30


Bakı -°C

