adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2014 12:03
5486
SİYASƏT

"Bəzi adamlar İsgəndər Həmidovla aramızı vurur"

Azərbaycan Milli Demokrat Partiyasının(AMDP) parçalanmış qanadları ayrı-ayrılıqda qurultay keçirəcək. Partiyanın birqanadına İsgəndər Həmidov, digər qanadına isə təşkilatdan xaric edilmiş QələndərMuxtarlı rəhbərlik edir. Məsələ ilə bağlı münasibətini bildirən QələndərMuxtarlının fikrincə, onun rəhbərlik etdiyi qanad qurultay keçirmək üçün heçbir problem yaşamır. 

"Hazırlıq tam qaydasında vəplanlaşdırdığımız qrafiklə gedir” -deyə, qeyd edən Muxtarlı onu da inkar etməyibki, müxalifət hazırda ciddi durğunluq yaşayır: "Bu passivlik bizim bir çoxüzvlərimizə də sirayət etməmiş deyil. Partiya daxilində bəzi adamlar İsgəndər Həmidovlaaramızı vurur. Onların partiyanın parçalanmasında müstəsna xidmətləri olub”.

Xatırladaq ki, ötən ilin sonlarındanbaşlayaraq, AMDP faktiki olaraq iki yerə parçalanıb. İsgəndər Həmidov yenidənpartiyaya təşkilat komitəsinin sədri qismində qayırdıqdan sonra, partiyanın sədriolmuş Qələndər Muxtarlı öz qruplaşması ilə ayrıca fəaliyyət göstərməyəbaşlayıb.