adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Avqust 2020 21:07
19149
HADİSƏ

Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO

Livanın paytaxtı Beyrutda 158 nəfərin ölümü, altımindən çox insanınyaralanması ilə nəticələnən dəhşətli partlayışın ən balaca qurbanı Aleksandra Nagger olub.

"HaberGlobal” məlumat verir ki, üç yaşlı qız ilk partlayış zamanı nə baş verdiyini öyrənmək üçün ailəsi ilə birlikdə pəncərədən çölə baxıb.

İkinci partlayış zamanı pəncərənin qırılması nəticəsində azyaşlı ağır yaralanıb.

Üç gün xəstəxanada müalicə olunan uşağın həyatını xilas etmək mümkün olmayıb.