Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda şəhidlər anlılıb
Sentyabr 2022-ci il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Azərbaycan Respublikasında Anım Gününün 2-ci ildönümüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən ”Anım Günü” Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək xalqın tarixinə qızıl hərflərlə Zəfər yazmış və Türkün gücünü bütün dünyaya nümayiş etdirmiş Şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsinin bir nümunəsidir. 27 sentyabr eyni zamanda Zəfər tarixinin başlandığı və bütün Türk Dünyasının qürurla xatırladığı bir gündür.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu Zəfər uğrunda Şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarına Allahdan rəhmət diləyir və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
17 Sentyabr 2026 20:54


Bakı -°C

