Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türk Tarix Qurumunun rəhbəri Birol Çətin ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş zamanı Türk Dünyasının tarixi və mədəni irsinin qorunmasının, daha dərindən öyrənilməsinin və tədqiqinin əhəmiyyətinə toxunulub.
Tərəflər fəaliyyətlərinin oxşar istiqamətləri, o cümlədən ümumtürk irsinin bərpası yönündə təcrübələrini bölüşüb. Türk Tarix Qurumunun arxeoloji çalışmalara verdiyi dəstək, eləcə də Fondun müxtəlif xarici ölkələrdə məskunlaşmış azsaylı türk etnik kökənli xalqlarla bağlı layihələri yüksək qiymətləndirilib. Bildirilib ki, Fond ilə Qurumun birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr, Türk xalqlarının qədim mədəniyyətinin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcəkdir.
Görüş qarşılıqlı əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.
Görüşün sonunda Birol Çətin Fondun prezidentinə Türk Tarix Qurumunun bir sıra nəşrlərini təqdim edib.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

