adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2014 10:52
27328
MÜSAHİBƏ

“Beynəlxalq hüququn gücü yox, gücün hüququ işləyir”

Siyasi elmlər doktoru, professor,politoloq Elman Nəsirovun Adalet.az-amüsahibəsi 

- Elman müəllim, Ukrayna hadisələribütün dünyanın diqqət mərkəzindədir. Sizcə prosesin məntiqi sonluğu necə olacaq? Kimqalibgələcək: Rusiya, yoxsa Ukrayna?

- ABŞ başdaolmaqlaQərbvə Rusiyaarasında "soyuqmüharibə”olmasada, Ukraynaböhranı "soyuqsülhmühitiniformalaşdırıb. Aprelin 17-də Cenevrədə " 3+1 " (ABŞ,Rusiya, Avropa İttifaqı+ Ukrayna)formatında problemin həlli ilə bağlı aparılan 7 saatlıq danışıqlar əslində gözləntiləridoğrultma. Danışıqlarda Ukraynanın hər hansı hərbi blokun üzvü olmamasında təkidedən Rusiya Qərbin əks mövqeyi ilə üzləşdi. Rusiya Ukraynanı neytraldövlət kimi görmək istədiyi bir vaxtda, Qərb bu dövlətə potensial NATO ölkəsikimi baxır. Cenevrə danışıqlarının sonunda qəbul edilmiş yekun bəyanatda genişmilli dialoqa çağırış səslənsə də, indiki halda onun reallaşması kifayət qədərmüşkül görünür. Cenevrə danışıqlarından keçən qısa müddət ərzində Ukraynada vəziyyətdaha da dramatikləşib. Rusiya PrezidentiVladimir Putin Ukraynanın Cənub-Şərq hissələrini " Novorusiya” adlandırması vəbu ərazilərin çarizm dövründə Ukraynanaın deyil, Rusiyanın tərkibində olduğunubəyan etməsi rəsmi Moskvanın planlarının uzağagedən olmasından xəbər verir. İstənilənbəhanə altında Rusiya silahlı qüvvələrinin Ukraynanın cənub və şərq ərazilərində"Krım ssenarisi”ni reallaşdırması mümkünsüz görünmür. Qərbin Ukrayna böhranıkontekstində "dişsiz” davranışı hələ ki, ən azı taktiki baxımdan Rusiyanı qalibstatusuna yüksəldib. 1979-cu ildə SSRİ dəƏfqanıstana müdaxilə edəndə eyforik vəziyyətdə idi. 10 il sonra məğlubstatusunda qoşunlarını çıxartmaq məcburiyyətində qaldı. Bundan 2 ilsonra-1991-ci ildə dağıldı. 

- Bütün dünyanın təpkilərinə baxmayaraq,Rusiya işğal siyasətindən əl çəkmir. 3-cü d
ünya müharibəsi ola bilərmi?

- Qərb indiki halda Rusiyaya münasibətdə "Anakonda modeli”nə üstünlük verir.
Yəni iqtisadi və maliyyəsanksiyalarının tədricən sərtləşdirilməsi və Rusiyanı "ağ bayraq” qaldırmağa məcburetmək bu siyasətin əsasını təşkil edir. Rusiya enerji baxımından regional fövqəldövlətdir.Nüvə potensialı baxımından isə qlobal fövqəldövlətdir. Bu amilləri nəzərə aldıqdaQərbin Rusiya ilə hərbi qarşıdurmaya gedəcəyi mümkünsüz görünür. ABŞ prezidentiBarak Obama da dəfələrlə bəyan edibdir ki, Rusiya ilə hərbi toqquşmaya getməkniyyətləri yoxdur. Deməli, 3-cü dünya müharibəsi ilə bağlı fikirlər real zəminədeyil, populist yanaşmalara söykənir. 

- Baş verən proseslərin Azərbaycana təsirgücünü necə dəyərləndirirsiniz?

 - Heç şübhəsiz, Azərbaycan dövləti və rəhbərliyiməlum prosesləri diqqətlə izləməkdə və adekvat addımlar atmaqdadır. Azərbaycanınatdığı bütün addımlar milli maraqlardan qaynaqlanır və onun müdafiəsinə xidmətedir. Prezident İlham Əliyevin Nazi
rlər Kabinetinin ilin ilk rübünün sosial-iqtisadi inkişafınınyekunları və qarşıda duran vəzifələrlə bağlı çıxışında xüsusi olaraq qeyd etdiki, Azərbaycan dövləti açıq, prinsipial, ədalətli və beynəlxalq hüquq prinsiplərinəəsaslanan siyasət həyata keçirir. Azərbayacan istənilən beynəlxalq məsələdəprinsipial mövqe nümayiş etdirir. Bu yerdə xatırlatmağa dəyər ki, 2008-ci ilfevralın 17-də Kosovo dövləti elan edilərkən Azərbaycan yenə də milli dövlətçilikmaraqlarından çıxış edərək nəinki bu yeni dövlətin müstəqilliyini tanımadı, həttabir qədər də irəli gedərək Kosovadakı sülhməramlı qüvvələrimi geri çağırdı. Hərkəsə bəlli idi ki, Kosovanı yaradanlar ABŞ və NATO idi. Deməli, Azərbaycan rəhbərliyibu reallığa rəğmən, ölkəmizin milli maraqlarını hər şeydən üstün tutaraq məlumaddımı atmışdır. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü müdafiə ilə bağlımövqeyini həzm edə bilməyən bir sıra "Jirinovski tipli siyasətçilər” ölkəmizinhaqqında bəhs etdiyimiz 2008-ci ildəki davranışını unutmamalıdırlar. 

- İndiki halda Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli üçün hansı addımlar atmalıdır?

- Bilirsiniz, bu gün beynəlxalq hüququn gücü yox, gücün hüququ işləyir.
Albert Eynşteynin təbirincədesək, beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur.Düşünürəm ki, bu sualın ən optimal və düzgün cavabını Prezident İlham Əliyevsözügüdən tədbirdəki çıxışında vermişdir. Cənab prezident vurğulamışdır ki,müasir dünyada güc faktoru xüsusi rola malikdir. Bu reallığı nəzrə alaraq Azərbaycandövləti hərbi baxımdan da güclənməkdədir. Ən müasir silahlara malikdir. CənubiQafqazda ən güclü ordu Azərbaycan ordusudur. Bu reallıq münaqişənin həlliimkanlarını artırır. Şahmat dili ilə desək, Azərbaycan bu halda ağ fiqurlarlaoynamış olur.

 ƏdilƏdilzadə