adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2019 14:40
22234
ƏDƏBİYYAT

Bəylər kəndinin Şəhid məzarları

Qarabağın dağlıq hissəsində eyni adlısilsilədən başlayan Qarqar çayının (uzunluğu 115 km) sağ sahilində yerləşənŞuşa rayonunun Malıbəyli kəndi bölgənin ən iri və məşhur yaşayış məntəqəsiolub. Belə ki, Qarabağ nahiyəsinin bir mərtəbəli Duma binası bu kənddə idi.

1905-1907-ci və 1918-1920-ci illərdə(eləcə də sonrakı dövrlərdə) bu ərazilərdə hay kilsə və daşnak silahlıqüvvələrinin yerli müsəlman-türk əhalisinə qarşı törətdikləri kütləviqətliam-soyqırım faciələrinin izləri indiyədək bölgənin ayrı-ayrı yerlərindəqalmaqdadır. Onlardan biri də Malıbəyli kəndidir. Bu kənddə 1918-ci ildə150-200-ə qədər ev olub. Ətrafında hay-daşnak yuvalarının qurulduğu Harov,Dağdağan, Zarıslı, Şuşikənd, Çanaxçı kəndləri yerləşirdi ki, bütün faciələr dəbu kəndlərin istiqamətindən edilən hücumlarla yaranırdı.

XIX əsrin sonlarında, XX əsrinəvvəllərində edilən bu cür qanlı olayların qarşısının alınmasında yerliözünümüdafiə dəstələrinin harayına çatan və bu savaşlarda Şəhid olmuş Qazaxqəzasının igid döyüşçülərinin məzarları kənddən 1 km şimal tərəfdə yerləşən"Qazaxlar qəbirstanlığı”nda uyuyurdu.

1918-1920-ci illərdə mənfur düşmənin yerlivə qonşu kəndlərin dinc əhalisinə yönəlik törətdiyi soyqırım faciələrinin qarşısının alınmasındaŞəhid olmuş Osmanlı Türkiyəsinin 5-ciQafqaz İslam Ordusunun heyət üzvlərinin 5 məzarı kəndin qədim məscidinin yanında idi.Yaxınlığında Duma binası yerləşirdi. Sonrakı illərdə bir neçə həyətyanı sahətikilmişdi bu qəbirlərin ətrafında. Bu məzarların quzey yönündə Zahid Vilayətoğlu Hüseynovun, məscidin 50 metrliyində isə Bəhmən Əliyevin evi vardı.Malıbəyli kəndinin sakinləri ilə yanaşı, ətraf yerlərdən də gəlib bu məzarlarıziyarət edirdilər. Baş daşalrında latın və ərəb əlifbası ilə yazılar, ay-ulduznişanəsi həkk edilmişdi. Sinə daşları qonşu Quşçular kəndi yaxınlığındakı yataqdan gətirilmiş ağmərmərdən ibarət idi. Ətraflarında tut, akasiya ağacları, gül kollarıəkilmişdi.

Bu sayda Şəhid türk məzarları "Qazaxlar qəbirstanlığı”ndada var idi.

(YazıŞuşa rayonu, Quşçular kənd sakini Allahverdi Balakişi oğlu Balakişiyevin(1953)

məlumatları əsasındahazırlanıb.)

QismətYunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi