Beyləqanda qanunsuz ov edənlər saxlanıldı
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynov Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Həmçinin şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə cari il ərzində 31 qanunsuz ov silahı aşkar edilərək götürülüb.
Digər Xəbərlər
13 Sentyabr 2026 11:13
İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - VİDEO
12 Sentyabr 2026 17:41
Sabiq nazir vəfat etdi
12 Sentyabr 2026 16:13
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
12 Sentyabr 2026 11:16


Bakı -°C

