adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2017 14:53
3123
HADİSƏ

BEYİNLƏRDƏKİ YOLLAR DÜZƏLMƏLİDİR

Həqiqətən son illərTürkiyədə çox gözəl yollar çəkilib,sayın Ərdoğanın sözü ilə desək, 17 min kilometrdənartıq bölünmüş yol. Amma ötən il Türkiyədə437 min yol qəza hadisəsi olub. 7 min nəfər həlak olub, 300 min nəfər isə yaralanıb.Çox böyük rəqəmdi.

Azərbaycandada son on ildə çəkilən yollar Avropa standartlarına cavab verir. Yəni yollar sürücüüçün çox təhlükəsizdi. Amma nə xeyri? Bizdə də çox qəzalar olur. Statistikaya girmirəm.Səbəb, beynimizdəki yollar düzəlməlidir. Nə qədər gözəl yol çəkirsən çək, sürücülükmədəniyyəti aşağıdırsa, qəza qaçılmazdır.

Birtürk yazarı bu qəzalarla bağlı qəribə bir fikir söyləmişdi. Deyir ki, dədə-babalarımızhəmişə at belində olub, ata da «burrrr» eləyəndə dayanır. Biz hələ də avtomobilə at kimi baxırıq, «burrrr» edirik dayanmır.