Beyin sağlamlığı üçün ən dağıdıcı vərdiş
"Meditsina" Səhmdar Cəmiyyətinin (akademik Roytberq klinikası) nevroloqu Qalina Çudinskaya beyin sağlamlığı üçün ən dağıdıcı vərdişi açıqlayıb.
Adalet.az xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, uzunmüddətli siqaret çəkmək davamlı koqnitiv pozuntular və demensiya riskini ən çox artıran amildir. Çudinsaya izah edib ki, tütün tüstüsü damar spazmı yaradır, beyin qan dövranını pisləşdirir və toxumaların oksigenlə təchizatını azaldır. Bu, zamanla neyronların funksiyasının pozulmasına, beynin daha tez yorulmasına və yavaş bərpasına səbəb olur.
Həkimin sözlərinə görə, ilk növbədə diqqət, təfəkkür sürəti, işçi yaddaş və qərar qəbul etmə qabiliyyəti zərər görür. İnsan daha çətin konsentrasiya olur, fikri tez yayınır, informasiyanı daha yavaş emal edir və zehni işə daha gec uyğunlaşır. Həmçinin, tədricən öyrənmə qabiliyyəti və təfəkkürün çevikliyi azalır.
"Uzunmüddətli siqaret çəkmək fonunda beynin boz maddəsinin həcmi azalır, damarların vəziyyəti pisləşir, neyron əlaqələri zədələnir və neyrodegenerativ proseslərin riski artır. Bu, həmişə dərhal hiss olunmur, lakin zamanla yaddaşa, reaksiya sürətinə və gərginliyə davamlılığa mənfi təsir göstərir", - deyə Çudinskaya xəbərdarlıq edib.
Həkim qeyd edib ki, gənc siqaret çəkənlərdə diqqət və reaksiya problemləri daha tez özünü göstərir, yaşlılarda isə demensiya və damar pozuntuları riski sürətlə artır. O, passiv siqaret çəkməyin də təhlükəli olduğunu, uzun müddət tütün tüstüsü ilə nəfəs almağın koqnitiv qabiliyyətlərin pisləşməsinə və demensiya riskinin artmasına səbəb olduğunu əlavə edib. /Publika.az
Digər Xəbərlər
07 Iyun 2026 00:17
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
06 Iyun 2026 18:58
Bu əlamətlər arağın bədənə “düşmədiyini” göstərir
06 Iyun 2026 14:39
Sirkə və suyu qarışdırıb... - Ayaq qoxusuna qarşı
05 Iyun 2026 17:54
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
05 Iyun 2026 11:46
100-dən çox şəxs sosial xidmətlərdən yararlandı
04 Iyun 2026 10:47
Hər donor qanı hansı yoxlamalardan keçir? - AÇIQLAMA
04 Iyun 2026 10:31
Valideynlərin bilməli olduğu vacib məqam: yenidoğulmuşlarda qan qrupu necə təyin edilir?
03 Iyun 2026 08:44


Bakı -°C

