adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Avqust 2014 10:20
21766
ƏDƏBİYYAT

Bəxtiyar Vahabzadə - 89

Yaradıcılığa "Ana və şəkil" adlı şeir kitabı ilə başlayan, sonradan Azərbaycanədəbiyyatında öz dəsti xətti ilə seçilən, yaratdığı əsərləri ilə daim vətənpərvərliyitərənnüm edən xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. 

1925-ci ildə qədim Şəki şəhərində dünyaya göz açmış istiqlal şairinin elə gəncliyindən dövrü mətbuatda silsilə şeirləri, elmiməqalələri dərc olunub. Sovet dövrü Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyatınınəsas yaradıcılıq predmeti olan faşizmə qarşı mübarizə, bu mübarizədə xalqınduyğu və düşüncələri, mətanəti, əzmi Vahabzadənin yaradıcılığında da öz əksinitapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrünproblemləri də lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib.

Bəxtiyar Vahabzadə o sənətkarlardandır ki, dövrünün heç birqadağaları onu yaradıcılığının əsas qayəsindən çəkindirməyib. Sovet rejimininget-gedə kəskinləşdiyi bir vaxtda Azərbaycan ədəbiyyatının bununla barışmayanimzaları öz qələmi ilə rejimin əməllərini ifşa edir, onu kəskin tənqid atəşinətuturdu. Sovetlər Birliyinin beynəlmiləlçilik, mərkəzçilik adları altındaapardığı milli din, milli şüur, milli ədəbbiyyatın, bütövlükdə milli mədəniyyətinsaxtalaşdırılması, dəyişdirilməsi siyasəti mütəffəkirlərimiz tərəfindəncavabsız qalmamışdır. Bu mütəfəkkirlərin sırasında öncül isimlərdən biri də məhzBəxtiyar Vahabzadə idi. Bəxtiyar Vahabzadə də bu rejimə qarşı mübarizə aparandissident hərəkatının təmsilçisi idi.Sovet rejiminə qarşı etiraz edirdi, onun ideologiyası ilə barışmırdı,milli dəyərləri ortaya qoyurdu. Amma o, gizli təşkilatın üzvü deyildi, siyasi fəaliyyətgöstərmirdi. Mədəniyyət sahəsində milli dəyərləri qorumaq üçün əlindən gələniedirdi. O tarixi həqiqətləri rejimin üzünə çırpırdı. "Gülüstan"poemasında Azərbaycanın bölünməsini, iki yerə parçalanmasını bütün çılpqalığıilə əks etdirməsi o dövr üçün sözün əsl mənasında böyük qəhrəmanlıq nümunəsihesab olunurdu.

O həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyətiilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsininformalaşmasında müstəsna xidmətlər göstərib. Bu gün böyük istiqlal şairinin adıtək Azərbaycanda deyil, bütün Türk dünyasında böyük hörmətlə anılır, onunyaradıcılığına həsr olunmuş tədbirlər keçirilir. Onun bədii irsi Azərbaycan ədəbiyyatındaartıq bir məktəb olaraq formalaşıb.

Böyük şairin Azərbaycan milli mədəniyyətinin inkişafına verdiyi töhfələrdövlət tərəfindən daim yüksək qiymətləndirilib.B.Vahabzadə müxtəlif orden və medallara layiq görülüb, xatirəsi əbədiləşdirilib.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də əbədiyyətə qovuşub.