adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyul 2020 12:56
43345
MƏDƏNİYYƏT

Bəstəkar Vasif Adıgözəlovun yubileyidir: 85 ilin sönməyən nuru...

Azərbaycanbəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti,professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal"ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür. Bu gün görkəmliAzərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, dövlət mükafatılaureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasından 85 ilötür.

Adalet.az xəbərverir ki, Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci ildə ŞuşaqəzasınınQaradolaq kəndində (Hazırda Ağcabədirayonunun kəndidir) anadanolmuş məşhur muğam ustası Zülfü Adıgözəlovunailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10illik Musiqi məktəbində alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan DövlətKonservatoriyasına daxil olub. Bəstəkarlıq və fortepiano sinflərində təhsilinidavam etdirib. 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktorukimi işləməyə başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsulkatibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru,A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə işləyib.

Ü.Hacıbəyovadına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib.1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqınınkatibi seçilib.



"Ölülər","Natəvan" operalarının, "Hacı Qara","Nənəmin şahlıqquşu", "Boşanaq-evlənərik", "Lənət şeytana" musiqilikomediyalarının, "Odlar yurdu", "Qarabağ şikəstəsi","Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, həmçininbir neçə simfoniya və instrumental konsertin, mahnı və romansların müəllifidir.Zəngin sənət ömrü yaşamış və daim xalqına bağlı olan Vasif Adıgözəlovunmusiqisi bu gün də insanlara vətənpərvərlik, sevinc, inam, sevgi duyğuları bəxşedir. Bu mənada, sənətkar bu gün də bizim müasirimizdir. Onun musiqi mədəniyyətimizininkişafındakı xidmətləri daim xatırlanır.

Qeyd edək ki, Professor, xalq artisti, əməkdarincəsənət xadimi Yalçın Adıgözəlov dahi bəstəkarımızın övladıdır.

Əntiqə Rəşid