“Berqa”nın “Xoş əhval” konsertləri avqustda da davam edir

Avqust ayının da həftəsonları “Berqa”nın “Xoş əhval” konsertləri ilə daha əyləncəli, daha maraqlı olacaq.
Adalet.az xəbər verir ki, “Berqa” bu həftəsonu da Dənizkənarı Milli Parkda “Park Bulvar”ın qarşısında sizin görüşünüzə gəlir.
Növbəti konsert proqramı 10 və 11 avqust tarixində saat 19:30-da baş tutacaq.
“Xoş əhval” adı ilə keçirilən silsilə konsertlərdə tanınmış müğənnilər Nurlan Təhməzli, Xatun, Nadir Qafarzadə və Ayan Babakişiyeva sevilən mahnıları ilə çıxış edəcəklər.
Tədbirin aparıcısı isə Kazım Sübhandır.
Bununla yanaşı müxtəlif hədiyyəli müsabiqələr də təşkil olunacaq.
Hər kəsi “Xoş əhval” konsertlərinə dəvət edirik!
Gəlin, birlikdə xoş əhval yaşayaq! “Berqa əhvalınızı dəyişdirəcək”!
Konsertlərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Berqa” çayının İnstaqram səhifəsini izləyə bilərsiniz.
Digər Xəbərlər

153-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - FOTOLAR

Xalq artisti Hacı Murad Yagizarov vəfat etdi

Anar Ələkbərov “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisində - FOTOLAR

İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq

Dünya opera ulduzları Türkiyənin qədim amfiteatrında: Möhtəşəm Aralıq dənizi festivalı başlayır – FOTOLAR

İki böyük sənətkar - Məhəbbət Kazımov Rəmiş! - VİDEO

Musiqi və incəsənət məktəblərinə qeydiyyat uzadılıb
