“Berqa” uşaqlar üçün bol əyləncəli konsert təşkil edəcək
Dadı və özünəməxsus ətri ilə seçilən “Berqa” əhvalınızı dəyişdirməyə davam edir. Amma bu dəfə balacalara xoş əhval-ruhiyyə bəxş edəcək.
Adalet.az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə saat 16:00-da “Berqa”nın təşkilatçılığı ilə “Park Bulvar”da uşaqlar üçün möhtəşəm konsert proqramı keçiriləcək. Musiqi və rəqsin müşayiəti ilə baş tutacaq konsertdə uşaqların bolluca əylənməsi üçün hər cür şərait yaradılacaq. Müxtəlif oyunlar oynanılacaq. Həmçinin balacalara hədiyyələr təqdim ediləcək.
Konsertdə iştirak edərək “Berqa” ilə uşaqlarınıza xoş anlar yaşadın!
Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir. Əsas məqsəd “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.
Konsertlə bağlı əlavə məlumat əldə etmək üçün “Berqa” çayının instaqram səhifəsini izləyə bilərsiniz.
Digər Xəbərlər
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23


Bakı -°C

