BƏLKƏ XOŞBULAĞIN ADINI DƏYİŞİB DAŞBULAQ QOYAQ?

Daşkəsəndəbir Xoşbulaq yaylağı var. Vaxtilə bura Xaçbulaq deyirdilər. Rəhmətlik şair Eldar Nəsiblə mən80-ci illərdə «Elm və həyat» jurnalında sübut elədik ki, bu Xaçbulaq deyil, Xoşbulaqdırvə o gündən-bu günə bu yaylağın adı Xoşbulaqdır.
AydınAlıyev Daşkəsəndə birinci katib olanda bu yaylaqda çox olmuşam. Onda burda çadırlar qurulardı, qarabağlılar çadır yox, alaçıq deyirdilər,səhər-səhər hər alaçığın qabağında bir samovar tüstülənirdi.Elə ləzzət eləyərdi. Tanımadığımız bir yaylaqçının alaçığına yaxınlaşardıq,bir stəkan çayını içərdik, bir loxma çörəyinikəsərdik.
Nə hasarlar vardı, nə mənasız villalar, nə də zir-zibil.İndi hər yer hasar, özü də labirint, tapmaq da olmur, mənasız villalar və sair vəilaxır.
Biryol tapıb getdim ey, üzü Kəlbəcər istiqamətinə. İlahi, nə gözəllik, nə təbiət, nəmeşə…
Qardaşım,Bakının dənizini hasarladız, Xoşbulağı niyəbu günə qoyub hasarladız?
Beləgetsə, tezliklə Xoşbulağın adını dəyişib Daşbulaq qoyacağıq.
Oqədər hasar vardı ki, Xoşbulağın özünü tapa bilmədik.