Bələdiyyə sədri 2000 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, reyd zamanı Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisinə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi və yandırıldığı aşkar edilib.
Faktla bağlı Uzunboyad bələdiyyəsinin sədri Rafiq Muradov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi və qanunvericiliyə uyğun idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19