adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Noyabr 2019 09:26
22066
SİYASƏT

Bələdiyyə seçkiləri

Dekabrda ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək.Artıq 12 partiya seçkilərdə içtirak eləmək Mərkəzi Seçki Komissiyasına müraciətedib. Bunun yarısı sayda partiyanın iştirak elədiyi hər hansı seçki hətta Azərbaycandanqat-qat böyük ölkələr üçün də alternativ, hətta ondan da bir az artıq seçkisayılır. Ancaq buna baxmayaraq Yeni Azərbaycan Partiyası bunu yetərli saymayıb,ölkədəki bütün siyasi partiyalara müracət edərək onları seçkilərə qoşulmağaçağırıb.

Şübhəsiz ki, bu müraciətinciddi səbəbləri var. Məsələ burasındadır ki, bələdiyyə seçkilərinə qatılmaqniyyətində olan siyasi təşkilatların, demək olar ki, hamısı YAP-ın peykpartiyalarıdır. Hakim partiyanın yetkililəri də bu cür siyasi kombinasiyanınalternativlik yox, alternativlik görüntüsündən başqa bir şeyə oxşamadığının fərqindədirlər.Yoxsa, öturduğu yerdə kim özünə əlavə rəqib axtarar ki?!

Söhbətin məğzi də eləbundadır – rəqib və rəqabət məsələsində. YAP-ın orbitindən kənardakıpartiyaların seçkiyə qatılmamasının səbəbi məhz real rəqabət mühitininolmamasıdır. Hakim partiyanı bu cür çağırış etməyə, döyüş meydanına əlavə rəqiblərcəlb etməyə ruhlandıran da elə bu amildir. Çünki belə bir seçki mühitində öz qələbəsinətam arxayındır.

Əslində siyasi qüvvələrin bütün spektirininseçkilərdə iştirakına statusundan asılı olmayaraq hər hansı siyasi təşkilatyox, MSK və seçkilərin keçirilməsinə aidiyyatı olan digər dövlət qurumlarımaraqlı olmalıdır, bu cür müraciətləri onlar səsləndirməlidir. Belə baxanda,heç müraciətə-filana da ehtiyac yoxdur. Bunun üçün əvvəlcə bütün tərəfləri qaneedən qanunverici baza yaradılmalı, sonra da bu qanunlara əməl olunacağına realtəminat verilməlidir. Bu təminat olandan sonra hamı seçkilərə qoşulacaq. Siyasipartiya elə ona görə siyasıi partiyadır ki, seçkilərdə iştirak eləsin.

Amma indiki haldapartiyaların bələdiyyə seçkilərinə biganəliyinin kökündə təkcə seçkiqanunvericiliyi və seçki prosesinin gedişatına olan iradlar dayanmır, əsas səbəblərdənbiri də bələdiyyələrin mövcud statusundan qaynaqlanır. Yarandığı gündən faktikiolaraq icra hakimiyyətlərinin beşinci təkərinə çevrilən bu qurum yerli idarəetməorqanı kimi olduqca məhdud səlahiyyətlərə sahibdir. Xalq arasında "torpaq satanidarə” ayaması ilə tanınsa da heç torpaqların satılmasında da əsas söz sahibionlar deyil, müvafiq icra hakimiyyətləridir. Bələdiyyələr bu prosesdə, sadəcə,alıcıyla icra hakimiyyətiləri arasında aradüzəldən rolu oynayır ki, boş torpaqsahələri tükəndikcə onların da rolu sürətlə azalır, necə deyərlər, qapılarınıdöyən olmur. Bir sözlə, artıq onu cavankən qocalmış bir qurum da saymaq olar.

Son vaxtlar ölkədəkiciddi kadr dəyişiklikləri cəmiyyətdə müəyyən ümidlər yaradıb, ölkənin ciddiislahatlar ərəfəsinə qədəm qoyması barədə rəylər formalaşdırıb. Hətta"islahatlar geniş vüsət alıb kimi” xeyli nikbin yanaşmalar da var. Təbii ki,kadr dəyişikliklərinin, xüsusilə uzun illər bir vəzifədə "qarıyıb qalmış”adamların yeniləriylə əvəz edilməsinin islahat adlandırılmasıylarazılaşmayanlar, hətta bunun geçikmiş bir addım olduğunu düşünənlər də çoxdur.Çünki kadr dəyişikliyi hər bir ölkənin həyatında permanent olaraq, özü dətez-tez baş verən normal prosesdir və heç yerdə islahat kimi qiymətləndirilmir.

Bizdəki kadr dəyişiklikləriisə ona görə islahat adlandırılır ki, burda söhbət dövlət idarəçiliyinin gəncləşdirilməsindəngedir. Gənc kadrların irəli çəkilməsi, mühüm dövlət postlarının onlara həvaləedilməsi adamlarda müəyyən ümidlər yaradıb, onların yığılıb qalmış çoxsaylıproblemlərin həllinə inamını artırıb. Amma nə qədər gənc, təhsilli, enerjili vəsəriştəli kadr olsa da müəyyən system dəyişiklikləri baş verməsə onların da şoxşeyə nail olacağı şübhə doğurur. Bir müddətdən sonra bu gənc kadrlar da elə bələdiyyələrkimi cavankən qocalacaqlar.

Odur ki, system dəyişiklikləriqaçılmazdır. Əlbəttə, köklü dəyişikliklərinin riskləri və fəsadları da çoxdur vəbəzən siyasi hakimiyyətlər bunu nəzərə alaraq belə radikal addımlardanyayınırlar.

Cəmiyyəti bu cür dəyişikliklərəhazırlamaq, xoşagəlməz, ağır və ağrılı tendensiyaları önləmək, prosesin öz təbiiməcrasında və tədricən inkişafına nail olmaq üçün bələdiyyə seçkiləri əla fürsətolardı. Əvvəlcə onların real statuslarını artırmaq, seçkilərin azad və ədalətlikeçiriləcəyinə zəmanət vermək, sonra da siyasi partiyaları prosesdə iştiraka səsləməkdaha məntiqli addım sayılardı. Hərçənd, əvvəlki iki şərt yerinə yetirildikdənsonra üçüncüyə ehtiyac qalmayacaqdı. Siyasi partiyaların özləri MSK-nınqarşısında növbəyə düzüləcəkdi.

M. Məmmədov