“Belə insanların vəzifə tutması səviyyəsizlikdir” - Spikerdən sərt çıxış
"Kristian Vigen kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması düzgün deyil”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar icalsında çıxışı zamanı spiker Oqtay Əsədov deyib.
MM sədri diqqətə çatdırıb ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigen bu yaxınlarda Azərbaycana səfər edib: "O, dedi ki, parlamentdə və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcək. Azərbaycandan sonra Ermənistana getdi. Dedikləri sözlərin hamısı saxta və yalan idi. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. "Dağlıq Qarabağ” nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Kristian Vigen kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O ölkəmizdə səfərdə olanda təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin. O, buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.
O.Əsədov qeyd edib ki, Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir və orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər.(azvision.az)
Digər Xəbərlər
30 Aprel 2024 16:23
Azərbaycanın iqtisadi, siyasi və mədəni missiyası
30 Aprel 2024 16:02Azərbaycan XİN-dən Fransanın daxili işlər nazirinə CAVAB
30 Aprel 2024 15:02Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
30 Aprel 2024 14:47Ceyhun Bayramov Qətərdəki forumda çıxış edib
30 Aprel 2024 14:31