“Belə hoqqalarımız çox olacaq”
"Hələ çox belə hoqqalarımız olacaq, indidən deməyim”
Adalet.az xəbər verir ki, bu sözləri AzNews.az açıqlamasında gənc yazar Ayxan Ayvaz söyləyib.
O bildirib ki, #heryeredebiyyat kampaniyası son vaxtlar ədəbiyyatdakı durğunluğu aradan götürmək üçün başladılıb:
"Mən bir status yazdım. Yazdım ki, ədəbiyyatımızda durğunluqdur, gəlin əl-ələ verək mədəni aksiya keçirək. Yazar dostlardan dəstək gəldi və biz görüşdük. Qərara gəldik ki, kreativ formada ədəbiyyatı təbliğ edək. Üzvlər var aramızda. Hələ açıqlamıram. Əsasən gənc yazarlardı. Yaşlı nəsildən də dəstək alacağıq. Həştəq hələ ilk addım idi. Çox yaxşı nəticə verdi. Məqsəd hələ də ədəbiyyatın var olduğunu göstərməkdi. Hamını dəstəyə çağırıram”.
Qeyd edək ki, bir qrup gənc yazar tərəfindən sosial şəbəkələrdə #heryeredebiyyat həştaqı yaradılıb. Bu həştaq altında ədəbiyyatla bağlı statuslar, videolar paylaşılır.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19