adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 17:42
52
DÜNYA
A- A+

Belarus Litvaya etirazını bildirdi

Litvanın pilotsuz uçuş aparatının (PUA) Belarusun hava məkanını pozması Minskin Vilnüsə etirazını bildirməyə vadar edib. 

Adalet.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat dərc edib. 

Nazirlik bildirib ki, insident noyabrın 30-da baş verib. Litvanın Lazdiya rayonundan Belarus hava məkanına qanunsuz daxil olan pilotsuz təyyarə Qrodno şəhəri hüdudlarında qəzaya uğrayıb . Bundan sonra Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkaneckas Xarici İşlər Nazirliyinə çağırılıb.

“Ona qarşı təyyarə tipli pilotsuz uçuş aparatının Belarus Respublikasının dövlət sərhədini pozması ilə bağlı etiraz edilib”, - deyə məlumatda bildirilir.