adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Mart 2020 14:37
26965
SİYASƏT

Belarus da növbədənkənar seçkilərə gedir

Belarus-Rusiya münasibətlərigünbəgün daha kəskin şəkildə pisləşməkdə davam edir. On beş qardaşın imperiyasıdağılandan sonra bir-biriylə daha çox yaxınlaşmış bu iki qardaşın arasına düşənnifaq toxumu o qədər dərinləşib ki, ondan, məsələn, aşağıdakı kimi qorxulu lətifələrcücərir:

Şoyqu təşviş içində özünü Putininkabinetinə salıb deyir:

-Vladimir Vladimiroviç, Lukaşenkonunordusu Rusiyaya hücuma keçib.

Putin təmkinini pozmadan:

-Boş burax, nə ordu, nə hücum? Onunki, cəmi iki diviziyası var.

Şoyqu:

-Cənab prezident, indi ikidir,Kremlə çatana kimi ən azı on iki olacaq.

Müdafiə nazirinin təlaşı səbəbsiz deyil.Rusiyada keçirilən sosioloji sorğuların nəticələrinə görə Lukaşenko orda Putininözündən də xeyli populyar liderdir. "Levada – mərkəz”in son sorğusuna görəhazırda Rusiya əhalisinin cəmi 35 faizi Putinə etimad göstərir. "İctimai rəy” fondu adlı başqa bir tədqiqatlarmərkəzinin Lukaşenko ilə bağlı keçirdiyi sorğunun nəticələrindən isə görünürki, ona rusların 51 faizi rəğbətbəsləyir.

2016-cı ildə Belarusdakeçirilən sosioloji sorğudan cəmi 29 faiz reytinqlə çıxan "batka” bundan sonrabütün sorğu mərkəzlərinə divan tutaraq onları qapatdığı üçün indi onun özölkəsindəki reytinqinin necə olduğunu dəqiq söyləmək mümkün deyil. Bütünavtoritar liderlər kimi artıq onun da reytinqi yalnız seçkilərdən sonra MərkəziSeçki Komissiyasının müəyyənləşdirdiyi yekun rəqəmlərdə əks olunur.

Lukaşenkonun hazırkıreytinqinin səviyyəsi də bu il keçiriləcək prezident seçkilərindən sonra məlumolacaq. Belarusun prezidenti kimi MSK-sının da uzun illərdən bəri əvəzedilməzlideri olan Lidiya Yermoşina artıq seçkilərin vaxtını da açıqlayıb – 30 avqust,yəni, prezidentin ad günündə.

Ancaq hazırda ölkədə çoxdan formalaşmışsiyasi ənənələrə zidd proseslər müşahidə olunduğu üçün bəzi ekspertlər butarixə şübhəylə yanaşır. Əvvəlcə onun iyunun 21-də keçiriləcəyi barədə fikirlərsəslənsə də Lukaşenkonun Böyük Vətən Müharibəsinin başlandığı gün, təbii ki,Putindən çəkindiyi üçün yox, həmin tarixi daha çox özününkü hesab etdiyi üçünbelə bir addım atacağına şübhəylə yanaşır və seçkilərin ən azı bundan bir həftəsonra keçiriləcəyini təxmin edir.

Proqnozlara görə martınsonuna kimi parlament növbədənkənar iclasa toplaşaraq növbədənkənar seçkilərinvaxtını elan edəcək. Artıq bunun əlamətləri də hiss olunur. Məsələn, bir müddətəvvəl tədris ilinin vaxtından xeyli əvvəl yekunlaşması haqqında qəra verilib. Seçkiməntəqələrinin əksəriyyətinin məktəblərdə yerləşdiyini nəzərə alsaq butələskənliyi başqa cür izah eləmək mümkün deyil.

Söhbətseçkilərin vaxtından vur-tut 2 ay əvvələ çəkilməsindən getsə də, onun"növbədənkənarlığı” dedi-qodulara yol açıb. Rus politoloqlarının ən çoxtirajladığı versiya bundan ibarətdir ki, Kremllə neft anlaşmasının dalanadirənməsi səbəbindən iqtisadiyyat yaxın günlərdə çökəcək, gün-gündən ucuzlaşanmilli valyuta dəyərsiz kağız parçasına çevriləcək deyə prezident hadisələriqabaqlamaq və iqtisadi fəlakət ölkəni tam yaxalayana kimi özünün 6-cı müddətəseçilməsini təmin eləmək istəyir.

Əlbəttə,bu yanaşmada həqiqət payı az deyil. Amma nəzərə alsaq ki, diktatorlarınölkədəki sosial-iqtisadi vəziyyətdən asılılıq əmsalı olduqca aşağıdır və bu cürsarsıntılar zamanı (ta ki bıçaq sümüyə dayanana kimi) onların xalqı susdurmaq üçünkifayət qədər resursları olur, onda bunu yeganə səbəb kimi qəbul eləməkinandırıcı görünmür. .

İndiLukaşenko üçün belə bir resurs bir vaxtlar onu taxtdan salmaq üçündəridən-qabıqdan çıxan Qərbdir. Vaxtilə, Avropanın sonuncu diktatorunu yıxmaqüçün bütün siyasi, iqtisadi, diplomatik gücünü səfərbər eləmiş Qərb Rusiya iləpisləşən münasibətlərdən sonra onun yaxın dostuna və müttəfiqinə çevrilib. Artıq"batka” ölkəsinin qapılarını Çin və Qərb kapitalının üzünə taybatay açmağaqərar verib. Kreml bu gedişata rəsmi səviyyədə təmkinlə yanşsa da, onunnəzarətində olan KİV-lərin hazırda Rusiyadan daha çox ondan yüz dəfələrlə kiçikolan Belarusla məşğul olmasının kökündə məhz həmin amil dayanır. ÇünkiBelarusla birlikdə rusların bir zamanlar Berlin divarından keçən Qərbsərhədləri tamamilə NATO-nun və Avropa birliyinin qapısına çevriləcək.

AncaqBelarus prezidentinin Rusiyaya dirəniş göstərmək üçün yeganə resursu Qərbindəstəyi deyil. Moskvanın neft təxribatına qarşı onun əlində Yeltsinlə 25 illiyəimzalanan və yaxın günlərdə vaxtı bitməkdə olan hərbi əməkdaşlıq sazişi kimikozırı da var. Bu sazişə görə hazırda Belarusun ərazizisində Rusiyanın ikihərbi obyekti yerləşir. Rus mediası az qala hər gün bu obyektlərin böyük hərbibaza olmadığını, sadəçə, hərbi obyekt statusu daşıdığını vurğulamaqla onların əhəmiyyətini azaltmağaşalışsa da, Rusiyanın Hind və Sakit okeandakı bütün sualtı qayıqları məhz ordanizlədiyini nəzərə alsaq, onların vacibliyini sübut eləmək üçün başqa arqumentlərəehtiyac qalmır.

Şübhəyoxdur ki, Lukaşenkonun bütün əvvəlki seçki kampaniyaları kimi bu dəfəkikampaniyası da məhz Rusiyanın üzərinə fokuslaşacaq. Lukaşenko hazırda dünyanınyeganə dövlət başçısıdır ki, Rusiya ondan ötrü yalnız Putindən ibarət deyil. O,Rusiyanı o dərəcədə özünə doğma hesab edir ki, heç vaxt onun başçısı olmaqarzusundan əl çəkməyib. Sadəcə, siyasi situasiyalar dəyişdikcə onun bu arzusunuifadə eləmək ritorikası da dəyişir. Yeltsinin dövründə, xüsusilə onun xəstəhalvəziyyətində "batka”nın bütün çıxışları bu iki ölkənin birləşməsi ideyasıətrafındaydı. Hətta vaxtaşırı olaraq Rusayaya "seçki turne”sinə çıxaraq bütünnüfuzlu tribunalardan həmin ideyanı təbliğ eləyirdi. Putin hakimiyyətə gəlibmöhkəmlənəndən sonra o bu çıxışlarıbirdəfəlik dayandırdı.

İndi, yəni özünün Rusiyadakı reytinqininPutinin reytinqini xeyli üstələdiyi bir vaxtda "batka” yenidən bu mövzunugündəmə gətirməyə başlayır. Ancaq Rusiya kimi ölkələrdə liderin nüfuzununonların reytinqlərinin yox, hökmünün üstündə duruş gətirdiyini bildiyinə görəhazırkı situasiyada bunun gerçəkləşməsinin mümkünsüzlüyünü də anlayır. Odur ki,öz məsum arzusunu başqa üslubda, münasibətləri hər gün pisləşən rəqibiniqıcıqlandırmaqla ifadə eləyir. Bu günlərdə zavod fəhlələri qarçısında etdiyi ənənəviçıxışların birində söhbəti yenə Rusiya – Belarus ittifaqının üstünə gətirənprezident deyib: "Belarusun Rusiyanın tərkibinə girməsindən söhbət belə gedəbilməz. Təbii ki, zarafat edirəm, ancaq hər zarfatın da bir həqiqət payı var.Vahid dövlət bir şərtlə mümkündür ki, Belarus prezidenti həmin birləşmişdövlətin başçısı olsun. Vacib deyil ki, mən olum. Ən yaxşısı Natalya İvanovnaKoçanovadır. İlk qadın prezident. Bu cür daha yaxşıdır.”

KaçanovaLukaşenkonun təzə kadrıdır. Onu iki il bundan əvvəl balaca bir şəhərin başçısıvəzifəsindən parlamentin yuxarı palatasına sədr gətirərək ölkənin ikinci adamıeləyib. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, "batka” indiyə kimiBelarusda prezident postuna namizəd kimi təsadüfən, ötəri, zarafatla olsa daadı hallanan istənilən adamın dərhal axırına çıxıb. İndi tabunu o özü pozur, küfredir, müqəddəs məqama həqarət sayıla biləcək fikir səsləndirir. Ekspertlər nəqədər baş sındırsalar da, bu sirrin üstünü aça bilmirlər. Bəziləri həttareallıq hissini itirərək seçkilərin növbədənkənarlığını hakimiyyətin Koçanovayaötürüləcəyi ilə bağlamağa çalışırlar. Təbii ki, sağ-salamat və sapsağlam"batka”nın gözü qarşısında belə bir senarinin gerçəkləşəcəyi fantastikadanbaşqa bir deyil.

Seçkilərinnövbədənkənarlığının əsl səbəbisə, şübhəsiz ki, bambaşqadır, Son vaxtlar heçbir siyasi zərurət olmadan seçkiləri bir neçə ay qabağa çəkərək onanövbədənkənarlıq libası geyindirmək, deyəsən, dəbə çevrilməkdədir. Siyasiapatiyanın hökm sürdüyü cəmiyyətlərdə bu, yəqin ki, ictimai həyata birrəngarənglik gətirmək, necə deyərlər, şirinlik qatmaq məqsədilə edilir. Nəyipisdir ki?! Yeniləşib qurtarmış ölkələrdə bekar dayanmamaq üçün beləyeniliklərə həmişə ehtiyac yaranır.

M. Məmmədov