adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Iyun 2020 15:03
15235
SAĞLAMLIQ

Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Bu barədə Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B. Bağırzadənin durumu stabil, kritik, ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Qeyd edək ki, əməkdar artistin ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.