Bəhram Bağırzadə koronavirusdan sağaldı
Bir müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin sonuncu test nəticələri neqativ çıxıb.
Bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Bildirilib ki, iyulun 21-də Bəhram Bağırzadədən koronavirus infeksiyası üçün PCR testi götürülüb. Testin nəticəsi mənfi (neqativ) olub.
Xatırladaq ki, Bəhram Bağırzadənin bu günə qədər verdiyi test nəticələri müsbət (pozitiv) olub.
Onu da qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15