Bəhlul dünənki oyundan danışdı - VİDEO

“Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir. Bu futbolçu olaraq bizim işimizdir. Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq”.
Adalet.az xəbər verir ki, bunu ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın futbolçusu Bəhlul Mustafazadə bildirib.
B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:
“Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq. Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik. Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik”.
Digər Xəbərlər

Fransa millisinin heyətindən kənarlaşdırıldı

AFFA Santuşa təzminat ödədi

Elvin Mbappe ilə dialoqundan danışdı: "Dedim ki, “zamen” istə, sən də rahat ol, biz də..." - VİDEO

Türkiyə millisi Bolqarıstanla qarşılaşacaq

Aqil Abbasın "Qarabağ"ı - Murad Köhnəqala yazır

Almaniya və Qazaxıstandan darmadağın

"Futbolçular Fransaya qarşı əzmkar mübarizə apardılar" - Baş məşqçi
