Bədii gimnastlar Varnadan medallarla qayıdır
Bu gün Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.
Azərbaycan Gimnastika Federasiyasından Adalet.az-a verilən məlumata görə, ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.
Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.
Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.
Digər Xəbərlər
06 May 2024 12:20
Ançelottinin sözləri Ardanı özündən çıxardı - "Real" rəhbərliyi belə istədi
06 May 2024 09:31Azərbaycan çempionatı: "Səbail" "Qəbələ"yə qarşı
05 May 2024 09:57“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19