adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Iyun 2017 12:24
184759
RUBRİKA

"Bədii əsərlərimin mövzusunu yuxularımdan alıram" - YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir.Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axınıbizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı”rubrikasının bu dəfəki qonağı yazıçı-ədəbiyyatşünas, pedaqoq Allahverdi Eminovdur. Adalet.az müsahibəni təqdimedir.


-Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

-Dahi Freyditəftiş etmək cəsarətinə gəlməzdim və o, dərin müşahidələrdən, psixoloji eksperimentlərdənsonra «yuxu» fenomeninə münasibətini elmi baxımdan əsaslandırmışdır. Yuxuya başqa-başqa rakurslardan yanaşmaq mümkündür:yuxu bədən əzələlərinin, toxumaların bərpasına,qocalan, yaxud ölən hüceyrələrin yeniləşməsinəyardımçı olur. Yuxu zamanı enerjitələbatı azaldığı kimi, bütün gecəbədəndəki enerji ehtiyatı yığılır. İmmunitet sistemi üçün xüsusi əhəmiyyət daşıyan bəzi mühüm kimyəvi və inkişaf hormonlarıda yuxunun gedişində ifraz edilir. Buna görə də insan kifayət dərəcədə yatmayandaimmunitet sistemi belə vəziyyətdən dərhaltəsirlənir, beləliklə, bədən xəstəlikləri qarşısında müdafiəsiz qalır. Əgər insan bir gün yatmazsa onda hallüsinasiya(qarabasma) başlayır, məntiqlə fikirləşmək qabiliyyətini itirir.

Təbii ki,yuxu insanlara məxsus bir hadisədir – elə-belə "qonaq” gəlmir, bioloji, fiziolojivə psixoloji amillərlə bağlı prosesdir.

"Sıxışdırılmışarzular”ın təhrif şəklində gerçəkləşməsi ilə mütləq yanaşmıram. Belə olsaydı arzu,istək kimi kövrək, romantik ümidlər, həsrətli gözləmələr öz dəyərini itirmiş olardı.Müasir elm və texnika yuxuların idarəedilməsi texnologiyasını hazırlayardı.

Hər bir başverən hadisənin real əsası, mənbəyi var ki, yuxuna gəlir, bax, bu prosesdə təhrif özünü göstərir. MəncəFreyd bunu nəzərdə tutmuşdur.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-İnsan, xüsusiləyaradıcı olsun, yuxuya inanıb işini qurmaqda riskə yol verərdi.

Yuxu sankibir səsdir ki, o səsin sahibini axtarırsan,tapa bilmirsən: boğulan adamın hayqırtısı dənizin uzaq sahəsindən eşidilir və dərhalqaç oraya ki!..

Hansısa ciddi,operativ işi qabaqcadan planlaşdırmaq gərəkdir ki, icrasını gerçəkləşdirəsən. Allah-Təalainsanı yaradıb, hər şey idə onun ixtiyarına veribdir, çıxış yolu da fəaliyyətingedişində qarşılaşdırır.

Yuxunun hikmətiniaxtarıb tapmaq və elmi şərhini vermək hələ ki, qeyri-mümkündür.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-"Başsındırmalı”bir möcüzə yoxdur yuxularda. Yuxular insana dincəlmək vasitəsi kimi verilmişdir,bir növ ehsandır. Və onun gözəl nemət olduğunu inkar etməyə ehtiyac qalmır, məkanıvə zamanı gecədir. Gecə bir istirahət vaxtı, günəş və ay ölçü vasitəsidir.

Yozumlaragələndə saysız kitablar nəşr olunub, istəyən baxır: razı qalan da, qalmayan da saysız-hesabsızdır!

Real həyatdaməni "baş sındırmağa” təhrik edən hadisələr o qədərdir – yuxu yozumuna ehtiyacımqalmır!


-Yuxuların mistikhadisə olduğuna inanırsınızmı?

-Haradasa inanıram,mən Tanrıya inanan adamam, adım da bunu təsdiqləyir.Yuxu haqqında "Qurani-Kərim”in "Ənam” surəsinin 96-cı ayəsində məlumat verilmişdir. Və yuxunun gecələr baş verməsixüsusi vurğulanmışdır, özü də elmi şərhiylə: gecə insanların istirahət vaxtıdır.Bədəndə hormonlar var ki, onu yuxuya hazırlayır; hansı ki, bu hormonlar insanınfiziki gərginliyini azaldan, yorğun edən, ruhi halını sakitləşdirən bir maddiyatdır.Yuxuda ürək döyüntüləri yavaşıyır, qan təyziqi aşağı düşür. səhərisi bu hormonunemalı dayanır, bədənə hərəkət verir "ayağa dur” - xəbərdarlığı ilə!

Allahın "gecəni biristirahət vaxtı” elan etməsi barədə ayəsi də mövcuddur. Bu vəziyyətin adi gözləmüəyyən edilməsi qeyri-mümkün bir həqiqətə işarədir.

Hərəkətlilik gecələrmolekulyar səviyyədə də azalır. Gündüzlər günəşin yaydığı radiasiya Yerin atmosferindəkiatomları və molekulları hərəkətə gətirərək, onların daha yüksək enerjisəviyyəsinə çatmalarına səbəb yaradır.

Təəssüf ki, psixoloqlar,fizioloqlar , filosoflar yuxunun mexanizminiizah etməkdə aciz olaraq qalırlar.


-Gördüyünüz yuxularçin olurmu, ya da əksinə?

-Yuxularımçin olmur tamamilə. Ancaq o əhvalata yaxınlaşır, bu baxımdan mən yuxuya proqnozvasitəsi kimi baxıram. Yuxunun iki tərəfə yozumu var: pisi və yaxşısı. Ona görədə özümü yuxunun reallığına alışdırmamışam…

Suala onuəlavə edirdim ki, yuxudan bədii əsər üçün maraqlı mövzular alıram. Bir neçə hekayəyazmışam ki, süjetin özü gəlib. Səhər oyanmışam,yaddaşım xəyanət. Amma heç də bütün mövzularyaddaşımda qalmır, əsas detalları xatırlayıram.

Bu məsələsırf elmi izah tələb edir və əsasən təsəvvürlərlə bağlıdır. Nə vaxtsa qavradığını, hiss üzvlərilə təsir edənəhvalatlar əyani surətdə yaradıcı təxəyyüldəcanlanır. Obrazların səsini eşidirsən,hərəkətlərini görürsən, dialoqları da. Görmə təsəvvürləri əsas rol oynayır. Bu məsələdəbəstəkarlar elə də əziyyət çəkmirlər. Müəllifiniunutmuşam. Bəstəkar yuxuda görür ki, şeytansəhnəyə çıxdı, çalınan musiqiyə oynamağa başladı. Səhər oyanır, beynində həmin musiqi səslənir vəəsərin adını "Şeytan sonatası” qoyur, dəyişdirmir adını, deyir ki, şeytan çalıbmən də nota almışam…


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Əlbəttə,yuxu – mən ona "röya” deyərdim – sənin qonağındırsa, deməli, yaşayırsan, haçansatanıdığın, dostluq etdiyin insanlar və öz doğmaların illərin arxasından sənin qəlbevinə buyurublarsa, gözəldir! İtirdiyim anamı və atamı görürəmsə, söhbətdə oluruqsavə məni yoluxursa… bunlan intəhasız nə ola bilər? Anam tez-tez, atam gec-gec röyamdadanışır, hətta başıma sığal çəkir, əllərinin istisini duyuram. Atamı adətən iş başındagörürəm, dəmiryolu stansiyasına gəlir (O,40 il bir stansiyanın rəisi işləmişdi), iş yoldaşları ilə. Şəhid atası böyük qardaşımaBakıdan kəndə gedəndə siqaret almışam həmişə. O isə yerli (Salyan rayonunda çıxan qəzetin hər sayını saxlayırdı)qəzeti mənə verəndə gülümsünərdi. Siqaret dəstlərini görüb sevinərdi ona olan diqqətimüçün. Epizod beləcə yuxumda baş verir. Yuxumunmistik – dini mahiyyətinə necə inanmayımki, aprel ayında müalicəm üçün ikinci dəfə İstanbula uçanda tez qayıdası oldum– üç gün! İkinci gün bacım Xədicə yuxuma girmişdi: "Necəsən? Çox yubanma, qaqa,səni görmək istəyirəm, mütləq Gəncəyə gəl (orada yaşayırdı), getmisən xəbərsiz”- dedi. Üçüncü gün Bakıya gəldim. Evə çatdım,sümüyüm üşüdü: bir gün əvvəl, yola düşən gün vəfat edibmiş… Son nəfəsində pıçıldamışki, qaqamdan nigaran qaldım, özündən asılı olmayaraq göz yaşı yanaqlarında gilələnib.Bəli, yuxusu qardaşından vəfalı imiş! bilmirəm incidi məndən? Yuxumda mənimlə görüşəcəksənmi?


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Yuxu görmədəmüəyyən ardıcıllıq var. Freyd yuxudakı hadisələrin inkişafını məzmunun dürüst mənasıilə bağlamışdır, yəni əsaslandırmışdır. Daxilivə xarici səbəblər yuxugörməyə səbəb olsada, hadisənin mahiyyətini (məğzini) izah etmir. Bu zaman hadisənin (əhvalatın, epizodun)gedişi, hissiyat xüsusiyyətləri, rəngarəngliyi bu ünsürlərin hər biri şəxsiyyətinəlamətləri; dərdləri, qəmləri, mütəəsirliklə şərtlənir. Psixolqların şəhadətinəgörə, yuxunun ən mühüm ünsürlərindən biri rənglərdir. Məsələn: qırmızı yuxular,adətən təfəkkürün bədii mahiyyəti, obrazlı , dünyanı anlaşılmaz, kinayəli tərzdəxəyala gətirir. Qara-ağ yuxular ağıllı insanlara məxsusdur. Mülayim-yaşıl rəng qəlbin sakitliyinə, ruhi sağlamlığa işarədir.

İnsanın alışdığırənglər yuxuda dəyişilərsə, insanda nə isə əsəbilik baş verəcəkdir. Məsələn: yuxudaqırmızı və qara rənglərin qəflətən çoxalması əksər hallarda iztirablı həyəcanlarla bağlıdır. Xüsusilə, bir qayda olaraq qara-ağ yuxular görənadamın rəngli yuxular görməsi çox vaxt müvazinətinin pozulması ilə izah edilir.


-Yuxudakı hadisələrin məzmunu və gedişi birlikdə mühümməlumat mənbəyi ola bilərmi?

- Mümkündür.Məsələn, yuxuda uçuş və yıxılma çox vaxt hansısa arzununsa daxili ehtirasın boğulması, təhqir edilməsi rəmzidir.Yuxuda çoxlu adam görmək əksər halda tənhalığın qəm-qüssəsindən irəli gəlir. Kiçikkollektivdə yaxşı ahəng, uyğunlaşmaq, bütbvlükyaradılması fövqəladə dərəcədə çətin məsələdir. Belə ki, adi halda hərdən müxtəlifmünaqişənin yaranması hətta səhvlərin ürək ağrısı ilə düzəldilməsilə əlaqədar olur.Kosmik uçuşda bu, dözülməz, yolverməz haldır.

Yuxugörmənintəhlili göstərir ki, yuxunun yozulması insanın xassələrini başa düşməyə, bir fərdkimi mürəkkəb kosmik uçuşları yerinə yetirməyə yararlı olduğunu müəyyənləşdirməyə,habelə başqaları ilə birlikdə yaradıcılıqişini uğurla apara biləcəyini təyin etməyə kömək edir. Bu tezisdən belə bir nəticəçıxarmaq olar ki, yaradıcılıq mexanizmilə yuxugörmə mexanizmi arasında oxşar cəhətləryox deyil, lakin bu oxşarlığın əhəmiyyətini şişirtmək də olmaz.

ProfessorV.Kasatkin yazırdı ki, yuxugörmə məsələsindən xəstəliyi müəyyən edən əlamətlər kimi istifadə etmək olar. Bu təklif maraqla qarşılanmışdır:xəstəlik mərhələdə özünü zəif büruzə verir, nişanələri hiss olunmur, məlumatlar içərisində bunu tapmaq çətinləşir, bəzən isə tapılmır. Yuxuda isə bu nişanələr (əlamətlər) özünü daha aydın göstərir. V.Kasatin yazır ki, boğazı xərçəngxəstəliyinə tutulmuş adam bunu biləndən ilyarım əvvəl yuxuda metal qarmaqlar görübmüş. Alim yuxunun köməyilə 300 xəstəliyin cədvəlini tərtib etmişdir..

ABŞ-ın XVIprezidenti Avram Linkoln hesabetmişdir ki, hər bir yuxunun öz mənası var, sadəcə bunu tapmaq üçün kifayət dərəcədəağıllı olmaq gərəkdir.


-Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Heraklityuxuya romantik yanaşmışdır və bu, təsadüfi deyil, maraqlı insan olub ki, şəhərhökmdarlığından imtina edib uşaqlarla oynamağa başlamışdır; kəlam işlətmişdir. "Sizləriidarə etməkdənsə, sizin uşaqlarınızla oynamaq daha yaxşıdır”.

Belə birmüdrik sözü onun xatırlatdığınız fikri də tamamlayır: "İnsan yatıb ölülərlə görüşür,oyanıb dirilərlə”. Mən filosofun bu fikrini daha real hesab edərdim.


-Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

-Yuxular mistik və nisbi fenomendir, dayaqsız həqiqətdir,az qala "Qırmızı kitab”a düşən həqiqətləri bizə necə çatdıra bilər?!