adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Noyabr 2014 13:38
15245
ƏDƏBİYYAT

BDU-da “SÖZ” Yaradıcılıq Birliyinin ilk tədbiri keçirilib - Fotolar

Dünən BakıDövlət Universitetində Filologiya fakültəsi nəzdində yaradılmış "SÖZ” Yaradıcılıq Birliyinin ilk tədbiri keçirilib.Tədbirigiriş sözü ilə açan Filologiya fakültəsinin dosenti Məti Osmanoğlu "Ulduz”jurnalının baş redaktoru Qulu Ağsəsi,həmçinin digər qonaqlar və tədbiriştirakçılarını salamlayaraq "SÖZ”ünyaranmasında təşəbbüs göstərən magistrantları təqdim edib.Ədəbiyyata böyükmaraqlarının olduğunu qeyd edən Nigar Məmmədli yaradıcı və sözün əsl mənasındaistedadı olan gəncləri bir araya gətirmək arzusunda olduqlarını qeyd edib vəçağdaş ədəbiyyatımızın hal-hazırkı xaus halının yaxşılığa doğru dəyişdirilməsindəbu "birliyin” böyük töhfə olacağına inandığını söyləyib.Digər həmtəsisçiCahanxanım Seyidzadə öz çıxışında "SÖZ”Yaradıcılıq Birliyinin qarşısında bir məqsəd,amal kimi qoyduqları planlarındansöhbət açıb: "Biz yaradıcılıq istəkləriolan, bu "ədəbiyyat laboratoriyası”ndaözünə inam hissi ilə get-gedə püxtələşən gəncləri gerçək ədəbiyyat vəpublisistik aləmə təqdim edəcəyik və onların yaradıcılıq imkanlarına geniş şərait yaradacağıq.Ədəbi zövq və bədiitəfəkkürün kasad olduğu bir vaxtda buna çox ehtiyac var.”Həmtəsisçilər "SÖZ”ün yaranmasında ən az onlar qədər əməyiolan görkəmli ziyalı Məti Osmanoğluya və böyük dəstək üçün Filologiya fakültəsirəhbərliyinə sonsuz təşəkkür bildiriblər.

Dahasonra "Ulduz” jurnalının baş redaktoru QuluAğsəs tədbir iştirakçılarını salamlayaraqqeyd edib: "Gənclərin özlərini daha yaxşı ifadə edə bilmələri üçün daimyeni axtarışlara ehtiyac var.Filologiya fakültəsinin böyük ənənələrininolmasına baxmayaraq gənclərin öz potensiallarının təqdim olunması üçün əlverişlişərait olmalıdır. Bu ədəbi problemlərbütün dövrlərdə olub və həmişə də olacaq.Ədəbiyyat səni vuranmaşın,publisistika isə təcili tibbi yardım kimi xilasedici olmalıdır.İndikidövrdə bu konteksti saxlamaq gənc nəsilin öhdəsinə düşür. "SÖZ” YaradıcılıqBirliyinin dünyaya gəlməsi bu cəhətdən çox təqdirəlayiqdir.” Bu gün mənburada,məhz,bu ruhda yetişən gənclər gördüm.Bu çətin missiyanı üzərinə götürən "SÖZ”çülərəuğurlar arzulayıram və iştirakçıları"Ulduz” jurnalına abunəlikləmükafatlandırıram.” Həmçinin,iştirakçıların suallarını da cavablandıran QuluAğsəs maraqlı fikirlər səsləndirib.O,müasir dövrdə mühüm ədəbi problemlərə toxunaraq çağdaş qələm adamlarının ədəbi kontekstdənçıxıb daha çox bayağı elementlərlə "zənginləşdirdikləri”ədəbiyyatın bizi uçuruma aparacağını söyləyib.

Tədbirinsonunda Məti Osmanoğlu qeyd etdi ki: "Söz” ədəbibirlik deyil: onun əsas məqsədi bədii qiraət, rəssamlıq, musiqi və sənətin digərsahələrində yaradıcılıq iddiaları olan tələbə gənclərin bir araya gətirilməsidir... Missiyamızdaha genişdir. Buraya BDU-nun bütün fakültələrində, eləcə də ölkəmizin ali məktəblərindəyaradıcılığa həvəs göstərən gəncləri cəlb etmək arzumuz var. Əslində,qeyri-filoloji ixtisaslar üzrə təhsil alan tələbələrin yaradıcılıq müzakirələrinədaha çox ehtiyacı olur. "Söz” onlar üçün faydalı bir ünsiyyət klubu rolunuoynaya bilər biz işimizi bu istiqamətdə qurmağa çalışacağıq. Gələcək tədbirlərimizidə ölkəmizin aparıcı media orqanlarının nümayəndələrinin iştirakı ilə keçirməyiplanlaşdırırıq. Yaradıcılığa yeni başlayan gənclərdə öz yazıb-yaratdıqlarınıortaya çıxarmaq, ictimaiyyətə təqdim etmək üçün müəyyən kompleks, çəkingənlikolur. Bu baxımdan, media rəhbərlərinin özlərinin "Söz”ün ocağı başına gəlmələriəbədi proseslə gənclər arasında birbaşa təmas yaradır.İlk məşğələnin iştirakçılarınbunun şahidi oldular.”

Tədbirdə rəssam tələbənin əsərləri, bədii qiraətistedadı olanların poetik kompozisiyası nümayiş etdirildi. Sonda gənclər özşeir və hekayələrini təqdim etdilər...