Bayram sonrası həzm sisteminin funksiyasını dəstəkləmək üçün nə etməliyik?
“Bayram günlərində çox vaxt yemək-qəlyanaltılarla zəngin olur və həddindən artıq qida qəbul etmək həzm sistemini yükləyə bilər. Bayram sonrası həzm sisteminin funksiyasını dəstəkləmək üçün müəyyən fiziki məşqlər faydalı ola bilər”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Onun sözlərinə görə, qan dövranının yaxşılaşması, həzm proseslərini sürətləndirən mexaniki təsir və stressin azalması ilə əlaqədardır:
“Yüngül gəzişlər həzm sisteminin aktivliyini artırır. Yeməkdən sonra 10-15 dəqiqəlik gəzinti mədənin boşalmasını və bağırsaqların peristaltikasını (qida hərəkətini təmin edən ritmik əzələ yığılmaları) stimullaşdırır. Bundan əlavə, gəzintilər qan şəkərinin səviyyəsini sabitləşdirməkdə də rol oynaya bilər.
Yoga həzm sistemini stimullaşdırmaq üçün əla vasitədir. Xüsusilə qarın bölgəsini dartaraq mədə və bağırsaq orqanlarının qan dövranını artırır. Kardio məşqlər, məsələn, yüngül qaçış və ya velosiped sürmə, bədənin ümumi qan dövranını artırır. Bu, həzm sisteminə daha çox oksigen və qida maddəsi təmin edir. Bu cür məşqlər bayram yeməklərinin tərkibində olan yağların və karbohidratların daha effektiv həzm olunmasına kömək edə bilər. Eyni zamanda, bu məşqlər qarın şişkinliyini azaltmaqda faydalıdır”.
Mütəxəssis-ekspert bildirib ki, stress və həzm sistemi arasında sıx əlaqə olduğu üçün nəfəs məşqləri də faydalıdır:
“Nəfəs məşqləri sinir sistemini sakitləşdirir və həzm prosesi üçün vacib olan parasimpatik sinir sistemini aktivləşdirir. Diafraqmal nəfəs alma (qarından dərin nəfəs alma) qarnın iç təzyiqini artırır və bağırsaqların fəaliyyətini stimullaşdırır. Pilates və ya qarın əzələlərini hədəfləyən məşqlər bağırsaq hərəkətlərini aktivləşdirir. Bu cür məşqlər qarın bölgəsində qan dövranını artırır və bağırsaqların düzgün işləməsinə kömək edir. Pilates hərəkətləri həzm sisteminin aktivliyini artıraraq bayram sonrası bədəndə yığılmış toksinlərin çıxarılmasını da dəstəkləyir. Fiziki aktivlik bağırsaq hərəkətliliyini artıran hormonların, məsələn motilinin ifrazını stimullaşdırır. Məşq zamanı qan dövranı artır, bu da həzm fermentlərinin daha aktiv işləməsinə şərait yaradır. Bundan əlavə, fiziki aktivlik stress hormonlarını azaldır və bu da həzm prosesində əhəmiyyətli rol oynayır, çünki yüksək stress həzmi ləngidə bilər. Məşq bağırsaq mikrobiotasını müsbət istiqamətdə dəyişdirərək faydalı bakteriyaların çoxalmasını təşviq edir”.
Emin Məmmədov sonda qeyd edib ki, bayram sonrası məşqlər həddindən artıq olmamalıdır, çünki artıq dərəcədə ağır məşqlər həzmi yavaşlada və orqanizmi yükləyə bilər. Məşqləri rahat bir tempdə və qısa müddətli başlamaq tövsiyə olunur.
Digər Xəbərlər
16 Mart 2026 14:08
Daha çox bu ölkələrdən dərman alırıq- SİYAHI
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07


Bakı -°C

