Bayram günlərindən sonra qida rejiminin bərpası - SN-dən tövsiyələr
“Bayram bitəndə çox adamda ağırlıq və şişkinlik, eyni zamanda “Sabahdan etibarən pəhriz saxlayacağam” düşüncəsi olur. Burada ən doğru addım özünü ittiham eləmək yox, bədəni tədricən normal ritmə qaytarmaqdır”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, sərt pəhrizlər, uzunmüddətli aclıqlar, qəfil idman marafonları heç nəyi düzəltmir, əksinə metabolizmanı daha da stresə salır:
“İlk iki gün sadə və yüngül qidalanma kifayətdir: tərəvəz əsaslı yeməklər, sulu xörəklər, qaynadılmış və ya sobada bişmiş ət, bol su və bir qədər hərəkət. Məqsəd bədəni boşaltmaq deyil, sisteminə qaytarmaqdır. Bayram sonrası səhərlər mütləq yüngül, lifli və zülallı səhər yeməyi etmək lazımdır. Bu həm qan şəkərini stabilləşdirir, həm də gün ərzində yemək istəklərini azaldır. Günorta porsiyasını bir qədər kiçik, axşamı isə daha yüngül seçmək bədəni rahatlaşdıracaq. Ən kritik məqam isə duzun və çörəyin miqdarını azaltmaqdır. Bu, bədəndəki ödemi azaldır, iki-üç günə insan özünü daha yüngül və rahat hiss edir”.
Mütəxəssis-ekspert bildirib ki, bayram sonrası reabilitasiya prosesində su qəbulunu artırmaq xüsusi önəm daşıyır:
“Çox vaxt insanlar şişkinliyi “çox yemişəm” kimi başa düşür, amma əslində səbəb maye defisiti də ola bilər. Gündə 1.5–2 litr su içmək həm həzmi yüngülləşdirir, həm də bədəni bayram süfrəsinin yüklərindən təmizləyir. Yüngül gəzinti və ya 20 dəqiqəlik idman da metabolizmi yenidən oyadır.
Bayram günlərində bir az artıq yemək normaldır. Lakin ardınca düzgün qida ritminə qayıtmaq da, elə bir o qədər asandır. Əgər bunu sistemli formada etsəniz, bədən iki-üç günə artıq öz ritminə düşər”.
Digər Xəbərlər
30 Dekabr 2025 11:10
Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar
30 Dekabr 2025 10:08
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
29 Dekabr 2025 13:00
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46


Bakı -°C

