“Bayrağımız qürurumuzdur”
Maraqlı layihələrlə mütəmadi olaraq tamaşaçılarının görüşünə gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir bayram tədbiri reallaşdırılacaq.
Teatrın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, belə ki, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə "Bayrağımız qürurumuzdur” adlı konsert proqramı təqdim olunacaq.
Teatrın nəzdindəki "Oyuq” teatr-studiyasının balaca istedadlarının iştirakı ilə keçiriləcək konsertdə vətənpərvərlik mövzusunda mahnı və marşlar səsləndiriləcək. Vətənə, bayrağa, ümumilikdə dövlət rəmzlərinə sevgi mövzulu kompozisiyalar, tamaşalardan səhnəciklər də nümayiş olunacaq.
Bayram gününə təsadüf edəcək konsertin təşkilində əsas məqsəd yetişən nəsilləri milli ruhda tərbiyələndirmək, onlara dövlət rəmzlərinə sevgi və hörmət aşılamaqdır.
Xeyriyyə xarakterli konsertdə Bakının internat məktəbi-uşaq evlərinin sakinləri, eləcə də xüsusi imtiyazlı balacalar iştirak edəcəklər.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24