adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2014 15:55
5084
SİYASƏT

BAXCP dialoq istəyir

"Hakim Yeni Azərbaycan Partiyasınınpartiyalararası əlaqələr və dialoq komissiyasının  parlamentdə təmsilolunan müxalifət partiyaları ilə görüş keçirilməsini çox müsbətaddım kimi qiymətləndirəm”.


Bu barədə BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini NiyaməddinOrduxanlı deyib.

 

Onun sözlərinə görə, bu addım cəmiyyətdə birmənalı olaraqtəqdir edilir və müsbət qarşılanır: "Ölkəmizin inkişafı və demokratikənənələrin möhkəmlənməsində partiyalararası münasibətlərin qurulması həm dəvacib əhəmiyyət daşıyır. Bu ölkənin irəli aparılmasında partiyaların rolununartırılması olduqca vacib amildir. Ölkəmizin daha da sürətli inkişafıcəmiyyətdə partiyaların önə çıxarılmasını və dialoqu biz BAXCP olaraq daimdəstəkləmişik. İnanıram ki, bu tendensiya davam edəcək. Bununla biz cəmiyyətolaraq bütün maneələrə sinə gələ bilərik. Ölkənin milli maraqlarından tutmuşbütün problemləri birgə qorunmalıdır və  bunlar da birbaşa dialoqdan,birgə əməkdaşlıqdan keçir.  Həm də nəzər almaq lazımdır ki, YAPpartiyalararası əlaqələr və dialoq komissiyasının rəhbəri hörmətli Əli HəsənovPrezident Administrasiyasının ictimai və siyasi məsələlər üzrə rəhbəridir. Əlimüəllim də görüşün vacib olduğunu bildirib”.