Batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (Şıx-2 xilasetmə məntəqəsindən 7 km aralı, nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşib.
Dərhal FHN-in dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub, köməksiz vəziyyətdə qalmış balıqçını xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:37-də başa çatıb.
Digər Xəbərlər
28 Aprel 2024 21:30